Novruzəli Aslanov: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə İtaliyanın Azərbaycanla əməkdaşlığa verdiyi önəmin konkret göstəricisidir”
Tarix: 05-05-2026 | Saat: 12:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan ilə İtaliya arasında 2015 və 2020-ci illərdə imzalanmış iki strateji tərəfdaşlıq sənədinin uğurla həyata keçirilməsi siyasi iradənin uzunmüddətli və səmərəli tərəfdaşlığa kökləndiyini göstərir. Artıq heç bir şübhə yosdur ki, bu əməkdaşlıq klassik diplomatik çərçivələri aşaraq çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mayın 4-də Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorgia Meloni ilə birgə mətbuat bəyanatında səsləndirdiyi fikirlər bu reallığın aydın ifadəsidir. Dövlət başçısının vurğuladığı kimi, siyasi əlaqələrin ən yüksək səviyyədə olması iki ölkə arasında qarşılıqlı etimadın və sabit dialoqun mövcudluğunu təsdiqləyir. Bu amil iqtisadi və ticarət sahəsində əldə olunan uğurların əsasını təşkil edir. Təsadüfi deyil ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir. Bu fakt əlaqələrin yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi göstəricilərlə də möhkəmləndiyini nümayiş etdirir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, ticarət dövriyyəsinin yüksək səviyyəsi və davamlı artımı iki ölkənin iqtisadiyyatlarının bir-birini tamamladığını göstərir: “Enerji, sənaye və digər sahələrdə formalaşan əməkdaşlıq platforması qarşılıqlı fayda prinsipinə əsaslanır və uzunmüddətli perspektiv vəd edir. Bu baxımdan Azərbaycan-İtaliya əlaqələri Avropa ilə region arasında iqtisadi inteqrasiyanın mühüm elementlərindən biri kimi çıxış edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində İtaliya şirkətlərinin fəal iştirakı diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin konkret göstəricisidir. Xarici şirkətlər arasında İtaliyanın ön sıralarda yer alması həm də bu ölkənin texnoloji və idarəetmə təcrübəsinə olan etimaddan xəbər verir. Bu proses, eyni zamanda, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa siyasətinin beynəlxalq dəstək qazandığını göstərir. İtaliya şirkətlərinin bu layihələrdə iştirakı yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir. Nəticə etibarilə, siyasi dialoqun yüksək səviyyəsi ilə iqtisadi əməkdaşlığın paralel inkişafı Azərbaycan-İtaliya münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarır. Bu tərəfdaşlıq modeli həm regionda sabitliyin möhkəmlənməsinə, həm də qarşılıqlı iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər