İrəvanda Zelenskiyə Azərbaycana qarşı SORĞU – cavabsız qalan iddia
Tarix: 04-05-2026 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər

İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə Azərbaycanla bağlı sual ünvanlanıb.
Erməni jurnalist 44 günlük müharibə zamanı Azərbaycanın guya fosfor bombalarından istifadə etdiyini iddia edərək “Ukraynanın Bakıya bu silahları verdiyi” barədə sual səsləndirib. Zelenski isə bu iddiaya cavab vermədən zalı tərk edib.
Qeyd edək ki, Ukraynanın Azərbaycana fosfor bombası tədarük etməsi ilə bağlı iddialar əvvəlki illərdə də səsləndirilib və rəsmi Kiyev tərəfindən təkzib olunub.
Məqalədə həmçinin 2020-ci il müharibəsi zamanı Ermənistan tərəfindən “İsgəndər” raketlərinin və “Smerç” sistemlərinin istifadə edildiyi, Azərbaycan şəhərlərinin isə ağır raket atəşinə məruz qaldığı vurğulanır.
Xatırladaq ki, 25 aprel tarixində Zelenski Azərbaycana səfər edib, Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüş keçirib. Görüşlərdə enerji, təhlükəsizlik və humanitar əməkdaşlıq məsələləri müzakirə olunub və Bakı–Kiyev əməkdaşlığının davam etdiyi bildirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-05-2026
14:56 TƏBİB-də yeni MÜŞAVİRLƏR