ABŞ-da terror planı ifşa olundu: Sinaqoqa hücum hazırlayanlar son anda yaxalandı
Tarix: 24-04-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər
Federal Bureau of Investigation və yerli hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində Xyuston şəhərində mümkün faciənin qarşısı alınıb. ABŞ xüsusi xidmət orqanları yəhudi icmasına qarşı planlaşdırılan irimiqyaslı terror hücumunu son anda zərərsizləşdiriblər.
İstintaq məlumatlarına görə, Leksinqton sakini olan 18 yaşlı qız və onun Texasdan olan əlbiri Şimali Karolina ştatında yerləşən Congregation Beth Israel sinaqoqunu hədəf seçiblər. Onların planına əsasən, ibadət zamanı insanların üzərinə avtomobil sürərək maksimum sayda itki törətmək niyyətində olduqları bildirilir.
Şübhəlilər vaxtında saxlanılıb və təhlükə aradan qaldırılıb. Hadisədən sonra təhlükəsizlik məqsədilə Xyustondakı sinaqoq və Şlenker məktəbi müvəqqəti olaraq bağlanıb.
Hazırda faktla bağlı genişmiqyaslı araşdırma davam edir. ABŞ rəsmiləri bildirirlər ki, bu cür erkən müdaxilələr potensial terror aktlarının qarşısının alınmasında həyati əhəmiyyət daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2026