Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıldı
Tarix: 22-04-2026 | Saat: 10:10
Bölmə:Dünya | çapa göndər

NASA-nın “Curiosity” robotu Marsda alimlər tərəfindən bu planetdə nə vaxtsa həyatın mövcud ola biləcəyinə dair ən inandırıcı sübutlardan biri kimi qiymətləndirilən üzvi molekullar aşkar edib.
aia.az xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb.
Aşkarlanan molekullar arasında Yer üzündə həyatın yaranmasının əsasını təşkil edən birləşmələr, o cümlədən DNT-nin ilkin formalarına bənzəyən azot tərkibli molekul da var. Lakin əlavə tədqiqatlar təhlükə altına düşüb. Belə ki, Marsdan nümunələrin Yerə gətirilməsini nəzərdə tutan “Mars Sample Return” proqramı maliyyə çatışmazlığı səbəbindən yanvarda dayandırılıb. Əvvəllər də NASA-nın büdcəsini azaltmağa cəhd etmiş Ağ Ev administrasiyası indi büdcənin daha 23 faiz ixtisar olunmasını təklif edir. Planetoloq alimlər bunu “dərin məyusedici qərar” adlandırıblar.
Florida Universitetinin professoru Emi Uilyams bildirib ki, mümkün həyat izlərinin qəti təsdiqi üçün Mars süxurlarının nümunələri Yerə gətirilməlidir. Onun sözlərinə görə, aşkar edilən birləşmələr Marsda 3,5 milyard ilə qədər qorunub saxlanıla bilər.
Professor qeyd edib ki, artıq alimlər Mars torpağının üst qatlarında iri və mürəkkəb üzvi birləşmələrin qorunub qaldığını bilirlər. Bu isə həyatın göstəricisi ola biləcək belə maddələrin saxlanması baxımından böyük imkanlar açır.
Bundan əvvəl “Applied and Environmental Microbiology” jurnalı yazıb ki, NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimləri “Aspergillus calidoustus” göbələyinin Marsa uçuşu və Qırmızı planetin şəraitini təqlid edən ekstremal mühitdə sağ qala bildiyini müəyyən ediblər./Azərtac
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2026
10:22 "İran çökür" - Tramp
21-04-2026