Mobil versiya
245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmiş
Tarix: 24-02-2026 | Saat: 16:49
Bölmə:Ölkə | çapa göndər

245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmiş

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən “Uniklinika” adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığı barədə xəbər yayımlamışdıq. Belə ki, vergi uçotuna “Unikal-A” Məhdud Məsuliyyəti Cəmiyyəti adı ilə alınan “Uniklinika”nın 245 min manatdan çox vergi borcu yaranıb.

aia.az Unikal-a istinadən xəbər verir ki, “Uniklinika”da işçilərin əməkhaqları da gecikdirilir. Belə ki, sözügedən klinikanın bəzi əməkdaşları aylarla maaşlarını ala bilmirlər. Bunu sosial şəbəkədə “Uniklinika” ilə bağlı yayımladığımız xəbərin şərh hissəsində rəy yazan şəxslər də təsdiqləyiblər.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 30 AZN olan “Uniklinika”nın (“Unikal-A” MMC, VÖEN nömrəsi: 1000411841) hazırda dövlətə 245 min 183 manat vergi borcu var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2026