Ukrayna səfiri Zelenskinin açıqlamaları ilə əlaqədar Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 27-01-2026 | Saat: 20:55
Bölmə:Özəl | çapa göndər

Macarıstanın xarici işlər naziri Peter Sijjartoya istinadən Index xəbər verir ki, Volodymyr Zelensky "Avropa maraqlarını satmağa çalışarkən Avropanın pulu ilə yaşayan hər bir Viktora şillə vurulmalıdır" çağırışından sonra Macarıstan Xarici İşlər Nazirliyi Budapeştdəki Ukrayna səfirini çağırıb.
Sijjarto bildirib ki, Ukrayna hakimiyyəti, xüsusən də Zelenski Macarıstan seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır. Nazir hesab edir ki, Kiyev Ukraynayönlü mövqe tutan Tisza partiyasını dəstəkləmək niyyətindədir.
"Onlar açıq-aydın Tisza partiyasının qalib gəlməsini istəyirlər, çünki Tisza partiyası seçkilərdə qalib gələrsə, dərhal Ukraynanın Avropa Birliyinə daxil olmasına yaşıl işıq saçacaq, Macarıstanı müharibəyə sürükləmək üçün Brüsselə dərhal "hə" deyəcək və dərhal Brüsselə Ukrayna dövlətini dəstəkləmək üçün macar xalqının pullarını götürməyə icazə verəcəklər", - Sijjarto bildirib.
Bu fonda Macarıstan Ukrayna səfirinə Budapeştin "Macarıstan parlament seçkilərinə müdaxilə edən heç kimin" qarşısını alacağını bildirib.
Bundan əvvəl Macarıstan baş nazirinin siyasi direktoru ölkəsinin "Zelenskinin yeni qızıl tualeti üçün pul ayırmayacağını" bildirmişdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-01-2026
27-01-2026