Mobil versiya
Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək
Tarix: 30-06-2025 | Saat: 10:13
Bölmə:Dünya | çapa göndər

Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bu gün Azərbaycana yola salınacaq.

aia.az xəbər verir ki, Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə axşam Bakıya çatacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025