Ana Sayfa > Dünya > Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək
Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcəkBu gün, 10:13. Yazar: sevinc1 |
![]() Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bu gün Azərbaycana yola salınacaq. aia.az xəbər verir ki, Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə axşam Bakıya çatacaq. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. aia.az Geri dön |