Mobil versiya
Zaqatala rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib. -Fotolar
Tarix: 29-06-2025 | Saat: 14:24
Bölmə:Manşet / Ölkə | çapa göndər

Zaqatala rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.

Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə Zaqatala rayonu Heydər Əliyev Mərkəzində vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib. Aksiya çərçivəsində müxtəlif sahələr üzrə peşəkar vəkillər tərəfindən vətəndaşlara hüquqi məsləhətlər verilib, onların sualları cavablandırılıb və müraciətləri dinlənilib. Sosial yönümlü bu tədbirin əsas məqsədi bölgə əhalisinin hüquqi biliklərinin artırılması və onların üzləşdiyi hüquqi məsələlərin operativ həllinə dəstək göstərmək olub.

Tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov,Milli Məclisin Sosial qanunvericilik şöbəsinin böyük məsləhətçisi Emil İsmayılov da iştirak edib. Millət vəkili aksiya çərçivəsində seçicilərlə fərdi qaydada görüşlər keçirib, onların qaldırdıqları məsələləri diqqətlə dinləyib,müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə aidiyyəti üzrə qurumlara yönləndirilməsi üçün zəruri addımlar atılıb.
Eyni zamanda, millət vəkili Asif Əsgərov Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən digər mədəni-maarif yönlü fəaliyyətlərlə də tanış olub. Mərkəzdə uşaq və yeniyetmələr üçün təşkil olunmuş rəsm kurslarına baxış keçirən deputat, gənc nəslin yaradıcı inkişafına yönəlmiş bu cür təşəbbüsləri yüksək qiymətləndirib.

Tədbirin sonunda vətəndaşlar göstərilən diqqət və yaradılmış şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər. Onlar ödənişsiz hüquqi yardımın təşkili və regionlara göstərilən bu cür dəstəyə görə Milli Məclisin Sədri hörmətli Sahibə Qafarovaya, ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə