Mobil versiya
Səfir: Belarus Çinin innovativ yanaşmalarını öz iqtisadiyyatına köçürür
Tarix: 02-06-2025 | Saat: 22:43
Bölmə:Özəl | çapa göndər

Səfir: Belarus Çinin innovativ yanaşmalarını öz iqtisadiyyatına köçürür
Belarusun Çindəki səfiri Aleksandr Çervyakov STV telekanalında bildirib ki, Çin Belarusun innovasiyaların inkişafı təşəbbüslərini fəal şəkildə dəstəkləyir. "Qarşılıqlı ticarətə gəlincə, qeyd etmək istərdim ki, biz ticarət dövriyyəsini 40% artırmışıq, ixracda isə təxminən 18% artım var", - belarus diplomatı bildirib.
Aleksandr Çervyakov bildirib ki, Çin rəhbərliyi ölkədə innovasiyalar və rəqəmsal platformaların istifadəsinə əsaslanan istehsalı inkişaf etdirən strategiyaya mərc edib.
"Çin texnologiyalarına əsaslanaraq, biz bununla da bu innovativ yanaşmaları iqtisadiyyatımıza köçürürük", - səfir qeyd edib.

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko hazırda Çində səfərdədir. Səfər proqramına Belarus lideri ilə Çin sədri Si Cinpin arasında görüş daxildir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025