Gülər Sultanzadə: “Bu qələbə müharibədə qazandığımız tarixi qələbənin diplomatik müstəvidə davamıdır”
Tarix: 19-08-2023 | Saat: 11:26
Bölmə:Gündəm / Özəl | çapa göndər
“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsinin olduğu 30 ilə yaxın bir vaxtda Şuranın Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması və işğala son qoyulması ilə bağlı bir dəfə də hər hansı toplantının keçirilməməsi ölkəmizə qarşı haqsızlıq idi. Təbii ki, buna imkan verməyənlərdən biri və bəlkə də birincisi məhz riyakar Fransa olmuşdu.Məhz onun dəstəyi ilə Ermənistan 30 il ərzində BMT-nin qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçıra bildi. İndi isə fərqlidir. Vaxtilə BMT-nin qətnamələrini vecinə almayan Ermənistan indi bu qurumdan yardım diləməklə məşğuldur.Halbuki bu yardımın da arxasında həmişəki kimi erməni yalanı, məkr və hiylə dayanır. Ermənilər vay-şivən qoparırlar ki, bəs bilmirsinizmi, qarabağda bütün yollar bağlanıb, orda minlərlə adam aclıqla soyqırıma məruz qoyulub. BMT TŞ da bir keçmiş prokurorun erməni hiyləsi ilə malalanmış hesabatına münasibət bildirmək üçün toplanmışdır. Lakin bu toplantıda ermənilər biabırçı duruma düşdülər. Məlum oldu ki, acından ölənlər əslində hər gün toy-bayram içində yaşayırlar. Bu sadəcə blefdir və bu blefi də Azərbaycan diplomatı fkat və sübutlarla ortaya qoydu.”
Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz bildirdi ki, avqustun 16-da keçirilən BMT TŞ-nin iclasında sözün həqiqi mənasında Azərbaycan diplomatiyası qələbə qazanmış oldu. Bəlkə də ermənilər bunu vaxtında hesablaya bilsəydilər belə bir cəhddə bulunmazdılar. Nəticə o oldu ki, iclasda Qarabağda humanitar böhran, Laçın–Xankəndi yolunun açılması, yəni, faktiki olaraq ölkəmizin şərti sərhəddə qurduğu nəzarət-buraxılış məntəqəsinin əhəmiyyətsizliyinin göstərilməsinə dair hansısa müraciət, qətnamə, çağırış, yaxud bu qəbildən digər sənəd qəbul edilmədi. Halbuki, iclasa qədərki dönəmdə erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocamponun qərəzli və faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. TŞ-də müzakirələrdə istənilən nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir. Həm də Ağdam-Xankəndi yolunun açılmasının vurğulanması bir daha vurğulandı və sərhəd keçid məntəqəsinin yaradılmasının Azərbaycan dövlətinin suveren hüququnun olması bir daha təsdiq edildi.”
Gülər Sultanzadə bildirmişdir ki, “iclasın nəticəsindən biri də odur ki, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Ayrı-ayrı dövlətlərin mövqeyinə gəlincə, Fransanın mövqeyi başa düşüləndir. Çünki bu dövlət artıq bütün nüfuzunu erməni millətçiliyinə qurban vermişdir. Lakin dünya gücləri təkcə Fransadan ibarət deyildir. Dünyada bir məntiqi proses də var ki, bunu kifayət qədər dərk edənlər çoxdur. Erməni separatizminə sonsuz qədər dəstək vermək dünya nizamının pozulması deməkdir. Ona görə də ermənilər bir daha papaqlarını (əgər varsa) qabaqlarına qoyub fikirləşməli və Azərbaycanın şərtlərini qəbul etməlidirlər.”
“Bu qələbə son 20 ildə ölkəmzin başçısı cənab İlham Əliyevin apardığı xarici siyasətin tərkib hissəsidir. Bu qələbə müharibədə qazandığımız tarixi qələbənin diplomatik müstəvidə davamıdır”-deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025