“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.
Tarix: 02-06-2023 | Saat: 13:59
Bölmə:Özəl | çapa göndər
“Əsrin müqaviləsi”nin imzalanması Azə
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini qeyd edərək deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.
Yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatının böhran məngənəsindən çıxarılmasına səbəb olan müqavilə həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.
Onu da qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin imzalanması üçün bir sıra çox əhəmiyyətli məsələlərin əvvəlcədən öz həllini tapması vacib idi. Bunlardan birincisi ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi sabitliyin, inkişafın, onun dayanıqlılığının təmin olunmasıdı. 1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan Ulu Öndərin xilaskarlıq missiyasının əsas hədəflərindən biri də o zamana qədərki xaos və anarxiya mühitində məhv olmuş iqtisadiyyatı yenidən canlandırmaq, insanları düçar olduqları maddi çətinliklərdən xilas etmək idi. Həmin illərdə Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaq və müstəqil iqtisadi siyasət yeritmək üçün lazım olan iqtisadi və hərbi güc qədər ağıl və zəkaya, cəsarət və iradəyə də ehtiyacı var idi. Məhz belə yüksək keyfiyyətlərə malik olan dahi şəxsiyyət ölkəni təlatümlərdən, parçalanmaqdan, yox olmaqdan xilas etdi, dünyanın heyrətlə izlədiyi dağıdıcı proseslərin qarşısını aldı, sabitliyi bərpa etdi. Yenicə müstəqillik əldə etmiş, iqtisadiyyatı böhran içində olan, müharibə şəraitində yaşayan bir ölkənin aparıcı dövlətlərin diqqətini belə bir nəhəng neft layihəsinə cəlb edə bilməsi beynəlxalq aləmdə Heydər Əliyev şəxsiyyətinə böyük hörmətin və dahi şəxsiyyətin parlaq diplomatiyasının nəticəsi idi.
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində neft hasilatının ildən-ilə artması həm də Azərbaycanı dünyanın potensial neft ixrac edən ölkələri ilə bir sıraya yüksəltmişdi. Artan neft hasilatının xarici bazarlara çatdırılması üçün ölkəmizdə geniş imkanlara malik neft ixracı sistemlərinin yaradılması tələb olunurdu. Azərbaycanın yeni neft salnaməsinin yaradıcısı, ulu öndər Heydər Əliyev bu vacib məsələnin də konturlarını vaxtında müəyyənləşdirdi. O, həmin marşrutların keçəcəyi ünvanları dəqiqliklə nişan verdi. İlk əvvəl Şimal istiqaməti ilə neft ixrac edən Azərbaycan 1999-cu ilin aprel ayında Bakı-Supsa kəməri istifadəyə verildikdən sonra daha bir əlverişli imkan qazandı. Azərbaycan neftinin Qara dənizdəki Supsa limanı vasitəsilə dünya bazarına çıxarılmasına başlanıldı. Bununla belə, getdikcə artmaqda olan neft həcmləri daha geniş imkanlara malik ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Bu isə haqlı olaraq Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının şah əsəri sayılan Bakı–Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri idi.
Bu məqamda xatırladaq ki, hələ “Əsrin müqaviləsi” imzalanan zamanı Ulu Öndər Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı–Tbilisi-Ceyhan variantına üstünlük verdiyini bəyan etmişdi.
Öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür”.
Azər Hüseynov,
Nəsimi rayon sakini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər