Böyük xalqın qüdrətli Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyev
Tarix: 03-05-2023 | Saat: 15:45
Bölmə:Özəl | çapa göndər
XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi özü də mübarizənin bir formasıdır. Sadalanan və sadalanmayan ölkə əhəmiyyətli bu məsələlərin həyata keçirilməsi tarixi şəraitdən, mühitdən, müxtəlif təsirlərdən, obyektiv və subyektiv səbəblərdən asılı olaraq böyük məsuliyyət və həssaslıq tələb edir və o ölkələr öz inkişafında müvəffəqdirlər ki, onlar qarşıya qoyulan ən mürəkkəb vəzifələrin icrasını daha səmərəli, daha düzgün və daha dəqiq təmin edə bilirlər. Bu sahədə ölkə rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşür və tarix də bunu sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin inkişafında çox önəmli rol oynaya bilərlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.
Heydər Əliyevin respublika hakimiyyətinə qayıtdıqdan sonra əldə etdiyi uğurlarının tarixi qiymətləndirilməsini aparanlar haqlı olaraq belə bir suala da cavab tapmağa çalışırlar: Heydər Əliyevin bu uğurlarının səbəbi nə idi? Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə tarixi şərait dəyişdimi? Bu uğurlar tarixi inkişafın obyektiv zərurətindən irəli gəlirdi, yoxsa Heydər Əliyev kimi böyük şəxsiyyətin tarixdəki rolunun real həqiqətə çevrilməsindən doğurdu?
Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Belə bir keyfiyyət, sözsüz ki, həm nəzəri biliklərin, həm də zəngin siyasi təcrübənin olmasını zəruri edir. Ən adi təhlil göstərir ki, Heydər Əliyev bunlardan başqa həm də güclü duyuma, incə siyasi intuisiyaya da malik idi. Geniş dövlətçilik təcrübəsi, bir də dərin analitik təfəkkür bu siyasi duyum və intuisiya ilə birləşərək onun nadir dövlət xadimi kimi tanınmasını şərtləndirirdi. Heydər Əliyev dünya miqyasında siyasətçiliyi sənətkarlıq səviyyəsinə qaldıran şəxsiyyətlərdən biri idi və onun bu istedadı dünyanın tanınmış siyasətçiləri tərəfindən də etiraf edilirdi.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır. Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər.
Heydər Əliyev cəmiyyətin ictimai-siyasi sabitliyinin və yekdilliyinin təmin olunmasına xüsusi əhəmiyyət verirdi. Respublikanın rəhbəri kimi o, əsas fəaliyyətini də məhz bu sahədən başladı. Xalqın siyasi qütblərə parçalanmasını, dövlətin vətəndaşlarının bir-birinə qarşı əks cəbhələrdə dayanmasını Heydər Əliyev erməni təcavüzünə qarşı mübarizədə ciddi maneə kimi qəbul edir, bu parçalanmanın, müxalifətçiliyin ifrat forma alması dayandırılmayınca güclü ordu yaratmağın və ölkənin etibarlı müdafiəsinin mümkünlüyünü də istisna edirdi. 1993-cü ilin yayında Gəncə və Lənkəranda baş vermiş hadisələrin, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınması Heydər Əliyevin böyük siyasət xadimi olduğunu göstərməklə bərabər, respublikada ictimai-siyasi sabitliyin bərqərar olmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə şərait yaratdı. Heydər Əliyev əməli fəaliyyəti ilə bir daha sübut etdi ki, hərbi quruculuq kimi ümumxalq əhəmiyyətli bir məsələnin həlli də, ilk növbədə, ümumxalq yekdilliyindən və ümumxalq həmrəyliyindən asılıdır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Bu böhranın xarakterik tərəfləri aşağıdakılardan ibarət idi:
- orduya dövlət rəhbərliyi təmin edilməmişdi;
- ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi;
- dövlət və ordu bir-birindən ayrı düşmüşdü;
- ordu siyasi işlərə cəlb edilmişdi;
- ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmışdı;
- ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi;
- sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsi məhv edilmişdi;
- orduya çağırış işi özbaşına buraxılmışdı;
- ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi;
- orduya vahid komandanlıq təmin edilməmişdi.
Bu nöqsanların sayını artırmaq da olar. Başlıcası isə ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu da öz növbəsində ordunun varlığına əks təsir göstərirdi. Ölkə daxilində güclənməkdə olan qeyri-sabitlik isə bu sahədə ümidverici bir addımın atıla biləcəyini şübhə altına qoyurdu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və respublikanı addım-addım bu dərin böhrandan çıxarmağa başladı və tarix üçün kifayət qədər qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi.
Onun səmərəli fəaliyyəti bir daha göstərdi ki, təşəbbüskarlıq, ardıcıllıq, qətiyyət, yorulmazlıq, prinsipiallıq ordu quruculuğuna rəhbərlik edən dövlət rəhbərinin ayrılmaz xüsusiyyətləri olmalıdır. Bu keyfiyyətlərin səmərəli uzlaşdırılmasının özü də mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.
Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.
Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.
Bütünlükdə, Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.
Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Heydər Əliyev respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Heydər Əliyev xüsusilə hərbi strukturlara yol tapmış rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini vurğuladı. Bu baxımdan Ümummilli Lider orduya çağırış-səfərbərlik işinin düzgün təşkil edilməsinə böyük əhəmiyyət verir, bu məsələni yalnız hərbi komissarlıqların və hərbi strukturların deyil, eyni zamanda, dövlət və hakimiyyət orqanlarını qarşısında dayanan çox mühüm vəzifə sayırdı.
İstər səfərbərlik işindəki, istərsə də bütövlükdə ordu quruculuğundakı nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə görə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri idi. O, dəfələrlə hərbi hissələrə səfər etdi, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış oldu, əsgər və zabitlərin qayğıları ilə maraqlandı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı.
Atəşkəsin əldə edilməsindən sonra ordu quruculuğuna diqqət heç də zəifləmədi. Əksinə, Heydər Əliyev dinc fürsətin əldə edilməsini ordu quruculuğunun sürətləndirilməsi üçün münasib imkan kimi qiymətləndirdi. Böyük Öndər birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə bu proses davamlı bir prosesdir.
Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı.
Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Ona görə idi ki, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması, Azərbaycana qarşı hərbi təcavüzün cilovlanması və Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında dəstəklənməsi üçün Heydər Əliyev yeni xarici siyasət formalaşdırdı. Əvvəlki dövrlərdən fərqli olaraq izlənilən yeni xarici siyasət xalqın və dövlətin mənafeyinə tabe etdirildi, əsassız birtərəfliliyə son qoyuldu, bölgədə maraqları kəsişən böyük dövlətlərin maraqlarının yaxınlaşdırılmasına cəhd göstərildi, Ermənistanın təcavüzkarlığı barədə müfəssəl məlumatlar ən yüksək kürsülərdən dünya ictimaiyyətinə çatdırıldı. Bunun nəticəsi idi ki, dünyanın böyük dövlətlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək əməli xarakter aldı.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və xalqımız şübhə etmir ki, məqamı yetişən anda bu ordu 2016-cı ilin aprelində, 2018-ci ilin mayında əldə etdiyi uğurları daha geniş miqyasda təkrarlayacaq və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəkdir.
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü
İmamverdi Həmidov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024