Mobil versiya
Prezident İlham Əliyevin Əlcəzairə səfəri, Azərbaycanın müsəlman dövlətlətlərinə verdiyi böyük dəstəyə hesablanır.
Tarix: 08-11-2022 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin Əlcəzairə səfəri, Azərbaycanın müsəlman dövlətlətlərinə verdiyi böyük dəstəyə hesablanır.

Prezident İlham Əliyev çıxışında qeyd etdi: Mən bugün Şəhidlərin xatirəsini yad etdim. Şəhidlər memorialın, eləcə də Mücahidlər muzeyini ziyarət etdim.

Azərbaycan Prezidentinin bu yerləri ziyarət etməsi təsadüfi deyildir. Çünki bu muzey, bu Memorial Əlcazair xalqının müsibətlərini əks etdirir.O müsibətləri ki, Əlcəzair xalqının başına yüz ildən çox bir müddət ərzində Fransa törətmişdir.Onun apardığı müharibələr 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bunlar tanış hadisələrdir. Eynisini Azərbaycan xalqı Ermənistanın işğalı zamanı yaşadı. Torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında inlədi. Kəndlərimiz, yurd - yuvalarımız xarabalığa çevrildi. Müqəddəs məscidlərimiz, inanc yerlərimiz təhqir olundu, dağıdıldı.Düşmən sağalmaz yaralar vurdu xalqımızın köksünə.Qəbiristanlıqlar dağıdıldı. İnsanlığa sığmayan, şeytanın ağlına gəlməyən əməllər törədildi.Qızıl hərisli quzğunlar insan qalıqlarını qəbirlərdən çıxarıb ətrafa səpgilər, bahalı başdaşları talan olundu.

Nəhayət, zaman öz sözünü dedi. Gec də olsa, qisasın zamanı yetişdi.

2020 - ci il 27 sentyabr. Tarixə nəzərən qısa olan, lakin çox canlar alan,böyük qələbə ilə sonlanan, işğala son qoyan 2-ci Qarabağ müharibəsi.Mümkünsüz sayılan cənnət məkan Şuşanın geri alınması həqiqətə çevrildi. Vicdansız düşmənin xarabalığa çevirdiyi rayonlarımız əsirlikdən azad olundu.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu hadisələrin fonunda Azərbaycan həmişə İslam Əməkdaşlıq təşkilatına üzv ölkələrin dəstəyini hiss edib. Eyni zamanda Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarını dəstəkləyib. 2017 - çi il Azərbaycanda " İslam həmrəyliyi" ili elan olundu.Bakı l V İslam həmrəyliyi oyunlarına ev sahibliyi etdi.Bunlar yuxarıdakı fikirlərin sübutudur.

Öz çıxışında cənab Prezident bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu bir təşkilatın sədridir və burada söz sahibi olan dövlətlərdən biridir.Qoşulmama Hərəkatına sədrlik COVİD 19 - la bir vaxta düşdü.Bu dövrdə də Azərbaycan xalqının amansız xəstəliklə mübarizəsində onun etibarlı müdafiəçisi oldu, xəstəlik təhlükəsinə vaxtında və adekvat cavablar verdi.Xüsusi qeyd etmək lazımdır ki, rəsmi Bakı BMT - nın Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı oldu.Pandemiya dövründə də Azərbaycan xalqı xeyirxahlıq missiyasını davam etdirərək, ehtiyacı olan ölkələrə lazımi peyvəndlərin çatdırılmasına dəstək oldu.

Görülən işlərin nəticəsi olaraq, Azərbaycan İslam və Ərəb dünyasında yeni mərhələyə qədəm qoymuşdur.Prezident İlham Əliyev tərəfindən aparılan düzgün siyasət dövlətimizin müsəlman və Ərəb ölkələri ilə əlaqələrinin inkişafına təkan verəcəkdir.

Mahilə Talıbova
YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı, Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbinin təlim - tərbiyə işləri üzrə direktor müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə