Ana dilimizin qorunmasına və inkişaf etdirilməsinə hər zaman ciddi diqqət göstərilməlidir
Tarix: 28-07-2022 | Saat: 13:29
Bölmə:Gündəm | çapa göndər

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində saxladığı vacib məsələlərdən biri də Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı olub. Ümummilli Liderimiz bu barədə belə deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Həqiqətən də hər bir xalqın ana dili həmin xalqın varlığını, mövcudluğunu təsdiq edən əsas amillərdən biri, bəlkə də birincisidir. Eyni zamanda da dil ünsiyyət vasitəsi olaraq millətin formalaşmasında son dərəcə önəmli rol oynayır. Hər bir xalqın tarixi, onun milli-mədəni irsi ilk növbədə onun dilində öz əksini tapır. Doğma dilimiz olan Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir. Ana dilimizin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Bununla belə Azərbaycan dilinin tarixin müxtəlif dövrlərində çox ciddi sınaqlardan keçdiyini və bu cınaqlardan üzü ağ, ləyaqətlə çıxdığını da demək lazımdır.
O cümlədən, respublikamızın Sovet imperiyasının tərkibində olduğu illərdə də dilimizə qarşı çoxsaylı hücumların olduğu tarixi faktdır. Vahid xalq – vahid dil konsepsiyasını reallaşdırmağa çalışan SSRİ rəhbərləri həmin dövrdə digər xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə çalışdıqları kimi, bu siyasəti Azərbaycanda da həyata keçirirdilər. Məsələn, həmin illərdə rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxış etmək məqsədəuyğun sayılırdı. Ölkədə elə bir mühit yaranmışdı ki, hətta sadə insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Məhz belə bir şəraitdə, 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev bütün bu stereotipləri sındırdı. İlk növbədə müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməklə Ulu Öndər ana dilimizə verdiyi dəyəri hər kəsə nümayiş etdirdi. 1978-ci ildə isə ümummilli lider Heydər Əliyev tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmən dövlət dili statusu əldə etdi.
Ulu Öndər müstəqillik illərində də Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirilməsi istiqamətində də böyük işlər görmüşdür. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin tətbiq sahəsini genişləndirmək üçün yeni, latın qrafikalı əlifbaya keçid bir zərurətə çevirdi. Latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkədə hələ 1991-ci ildən nəzərdə tutulsa da, bu prosesi normal şəkildə başa çatdırmaq mümkün olmamışdı. Məhz bu baxımdan Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalaması Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun bərpa olunması istiqamətində atılmış ən vacib addımlardan biri oldu. Azərbaycanda latın qrafikalı əlifbaya keçid 2001-ci ilin avqust ayından bütövlükdə təmin edildi. Ümummilli lider Heydər Əliyev ana dili məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Məhz bu yanaşmanın nəticəsi olaraq Ulu Öndər 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı. 2002-ci il 30 sentyabr tarixində isə Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqlik özünü bariz şəkildə nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə atdığı mühüm addımlardan biri kimi 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı qeyd etmək olar. Məhz bu Sərəncama əsasən ölkəmizdə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Yenə də 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlar isə ana dilimizin ölkənin ictimai-siyasi həyatının bütün sahələrində müfəssəl tətbiqini gerçəkləşdirdi.
Həmçinin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinin zəruriliyi barədə çıxışlarının birində belə demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər