Mobil versiya
İpoteka kreditləri ilə bağlı təkliflər açıqlandı
Tarix: 25-04-2020 | Saat: 13:15
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

İpoteka kreditləri ilə bağlı təkliflər açıqlandı



Xəbər verdiyimiz kimi, Mərkəzi Bank Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla koronavirus dövründə müvafiq qərar qəbul edib.

AİA.Az xəbər verir ki, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində aşağıdakı təkliflər verilib:

• İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında (bu məqsədlə fondun müvafiq normativ sənədlərinə dəyişiklik etməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması;

• İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi;

• Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi;

• 01 mart 2020-ci il vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi).



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024