Nazirlər Kabinetində dəyişiklik olacaq - Deputat prezidentin verdiyi mesajlardan DANIŞDI
Tarix: 19-04-2018 | Saat: 18:10
Bölmə:Siyasət | çapa göndər
Növbəti 7 il üçün Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefaya gedib. İndi diqqətlər Prezident Administrasiyasına yönəlib: İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini kimlərdən formalaşdıracaq, hansısa nazirlik və komitələr biləşdiriləcək?
Prezident İlham Əliyev hələ aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş islahatalara gediləcəyinin anonsunu vermişdi.
“Nəinki iqtisadi, ümumiyyətlə bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin. Bu məqsədlərə nail olmaq üçün bir çox məsələlər gündəlikdədir”.
Prezident cəmiyyətdən gələn mesajları diqqətdə saxlayır
Prezidentliyə keçmiş nazmizəd, Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a deyib ki, ölkə başçısının anonsları yaxın vaxtlarda gerçəkləşəcək:
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibində dəyişikliyin olacağını, həmçinin sturuktur islahatlarının davam etdiriləcəyini qeyd etdiyiniz kimi 9 aprel müşavirəsində, həmçinin inauqurasiya mərasimində açıq bəyan etdi. Və çox haqlı olaraq vurğuladı ki, cəmiyyətdən gələn mesajları yaxşı bilir, seçki tablosunun oxunmasında, gələcək siyasi gündəliyin formaşalaşdırılmasında bunlardan geniş şəkildə faydalanacaq. Ölkə rəhbəri fəaliyyəti üçün təkcə siyasi mədəniyyət nümunəsi kimi deyil, cəmiyyətdə barış, əməkdaşlıq, dialoq mühitinin bərqərar olması naminə seçki dönəmində namizədlər tərəfindən də irəli sürülmüş dövlət idarəçilik sisteminə, islahatlara, problemlərin aradan qaldırılmasına yönəlik baxışlardan rasional olanların nəzərə alınacağını vurğuladı. Hesab edirəm ki, bunların hamısı çox ciddi mesajlar idi və hər bir qüvvə, hərəkat, təşkilat tərəfindən rəğbətlə qarşılanır. Çünki bütün hallarda seçkiləri bir şəxs qazanır. Ancaq digər idarəçilik sistemlərinin, məmurların da fikirlərinin nəzərə alınması zamanı özgüvən artır və yararlılıq əmsalı güclənir”.
“Mümkündür ki, Elm və Təhsil Nazirliyi yaradılsın”
Zahid Oruc struktur islahatları çərçivəsində hansı qurumların ləğv ediləcəyinin, hansıların birləşdiriləcəyinin əsas müzakirə mövzusu olduğunu qeyd edib:
“Hansı strukturların birləşdiriləcəyi hazırda çox böyük aktuallıq kəsb edir. Adlar, simlar çəkmək, kimlərin yerdə qalıb, kimlərin komandaya daxil ediləcəyilə bağlı danışmağımız düzgün olmaz. Çünki bu, kompetensiya olaraq ölkə rəhbərinin xalqın iradəsilə qazandığı bir hüquqdur. Hazırda daha çox müzakirə mövzusu Təhsil Nazirliyidir. Amma Təhsil Nazirliyinin başqa bir qurumla birləşdiriləcəyi versiyasını doğru saymıram. Xüsusilə Dövlət İmtahan Mərkəzilə birləşdirilməsi məqbul olmaz. Uzun müddətdir ki, ölkə idarəçiliyində elmlə bağlı fərqli qərarlar verilir. Xatırlayırsınızsa, Elm və Texnika Komitəsi mövcud idi, sonradan onun fəaliyyət dairəsini dəyişdirdilər. Dünyanın hər yerində təhsil sadəcə təhsil hadisəsi deyil, eyni zamanda elmlə bağlı fundamental problemləri üzərinə götürür. Nəhayətdə məktəbəqədər hazırlıq, orta məktəb, ali təhsil və s. də prosesin düzgün qurulmasının yekununda ən başlıca hədəflər cəmiyyət üçün, dövlətin ehtiyacları naminə, peşəkar kadrlar formalaşdırmaqla yanaşı, ümumən elmin inkişafı deməkdir. Çünki əks halda regional, beynəlxalq rəqabətdən geri qalınacaq. Bir vaxtlar Asiya qitəsində geridə qalmış ölkələr elmə baş vudular və iqtisadiyyatı elm üzərindən formalaşdırdılar. Ona görə də elmlə bağlı layihələri idarəçilyin bütün sferalarında tətbiq etmək çox önömlidir. Mümkündür, ehtimal edirəm ki, bu yöndə müzakirələr aparılsın və Elm və Təhsil Nazirliyi yaradılsın. Əslində mənim arzum da bu yöndədir.
Bu, mühüm bir hökumət strukturuna imkan verərdi ki, o sahədə fundamental araşdırmalar kimi məsələləri həll etsin. Uzun müddətdir ki, Ali Attestasiya Komissiyasının statusu ilə bağlı elmi cameədə diskusiyalar getməkdədir. Bildiyiniz kimi, Komissiyaya rəhbər də təyin olunmayıb. O biri tərəfdən, Qərb ölkələrində, aparıcı dünya dövlətlərində elmi adların verilməsi, müdafiələrin həyata keçirilməsi ali təhsil müəssisələrinin özündə yaradılmış şuralar tərəfindən icra edilir. Bu prosedurlar son dərəcə ciddi nəzarət sistemləri vasitəsilə reallaşdırılır. Yalnız az sayda şuralar bu cür müdafiələri həyata keçirə bilirlər. Amerikanı güclü edən sadəcə silahlı orduları deyil, daha çox təhsil ordularıdır ki, qeyd edilən məsələlərdən doğub. Ona görə də çox mümkündür ki, gələcəkdə bizdəki problemlər də məhz belə bir nazirliyin yaradılması ilə həll olunsun. Belə olan təqdirdə, bir tərəfdən funksionallığı təmin edər, dəqiq səlahiyyətlərin çərçivəsini müəyyənləşdirər, sərhədləri ayırar, digər tərəfdən sadəcə ştat sayı kimi xarakterizə olunan qurumlardan xilas olmağa kömək edər. Ən əsası Azərbaycanda elmi və təhsili vəhdətdə götürərək millətin qlobal dünyada aparcı yer tutmağına təsir göstərər. Ona görə də Təhsil Nazirliyinin hansısa quruma biləşdirilərək səlahiyyətlərinin azaldılması deyil, digər strukturların məhz bu nazirliyin tərkibində yer ala biləcəyindən danışa bilərik”.
AMEA-nın aqibəti necə olacaq?
Z.Oruc yaradılması gözlənilən Elm və Təhsil Nazirliyinin tərkibinə Milli Elmlər Akademisyasının da birləşdirilməsi ehtimalına münasibət bildirib:
“Elmlər Akademiyası ilə bağlı baxışlar çox fərqlidir. Açığı illərdir aparılan müzakirələr nəticəsində vahid nəticəyə gəlmək o qədər asan deyil. Çünki qurum özünə vətəndaşlıq statusu qazanıb. Digər tərəfdən, bu gün Avropa ölkələrində sırf özəl əsaslarla Elmlər akademiyaları təsis olunur və fəaliyyət göstərir. Bizim də ayrı-ayrı alimlərimiz müxtəlif titullu qurumların üzvlərinə çevrilirlər. Ona görə də Milli Elmlər Akademiyasının ləğv edilərək, kiçik statusla Təhsil Nazirliyinə birləşdirilməsinin gələcək maraqlarımıza cavab verəcəyini deyə bilmərik. Bu yöndə mənim fikirlərim tamamilə fərqlidir. O ayrı söhbətin mövzusudur ki, biz nə qədər qurumun fəal mövqeyini ala bilirik, alimlərin yaşlanması fonunda gənclərin axınını təmin etəmək üçün intensivlik necədir və s. Prezident seçkiləri vaxtı həmkarım Qüdrət Həsənquliyevlə birgə səsləndirdiyimiz fikirlərdə bildirmişdik ki, Azərbaycan əksər parametrlər üzrə Gürcüstan və Ermənistandan öndədir. Amma alim sayına görə çox geridə qalırıq. Hətta Kvant fizikası kimi fundamental sahədə istifadə olunacaq alimlərimiz barmaqla sayılacaq qədər də yoxdur. Hətta 3-4 nəfər olanlar da ölkəni tərk ediblər. Ona görə də təhsillə bağlı məsələlərin yeni hökumətin fəaliyyətində geniş yer tutacağına inanıram”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər