Bu hallarda hamiləlik ağırlaşmış sayılır
Tarix: 18-04-2018 | Saat: 17:42
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Sağlam övlad sahibi olmaq hər bir ailənin arzusudur. Lakin heç də həmişə qadınların hamiləliyi sona qədər sağlam başa çatmır. Hamiləlik zamanı ən çox rast gəlinən patologiyalar və onların səbəbləri haqqında Azərbaycan Tibb Universitetinin (ATU) I mamalıq ginekologiya kafedrasının assistenti Kəmalə Əliyeva ilə söhbət etmişik.
K.Əliyevanın sözlərinə görə, bəzi hamiləliklərin gedişatı müxtəlif patoloji vəziyyətlərlə ağırlaşa bilər. Bunlar da ananın və dölün həyatını təhlükə altına qoyur.
“Hamiləlikdə rast gəlinən əsas ağırlaşmalar ananın və dölün qan azlıqları, dölün inkişaf ləngimələridir. İkinci hal əsasən hamiləlik gistoslarının (əvvəllər toksikoz adlandırılan durum) ağırlaşmasının nəticəsində yaranır. Hamiləliyin ikinci yarısının gistoslarından biri də dölün inkişaf ləngimələridir. Bundan əlavə, hamiləik zamanı erkən özbaşına düşüklər, çiftin müxtəlif patoloji vəziyyətləri, yenidoğulmuşların hemolitik xəstəlikləri də çox yayılmış ağırlaşmalardandır”.
Doktor qeyd edir ki, mamalıq praktikasının və hamiləliyin aparılmasının əsas amillərindən biri - riskli hamiləliklərin və perenatal patologiyaların düzgün qiymətləndirilməsidir: “Belə ki, bu zaman hamiləliyi ağırlaşdıra biləcək bütün faktorlar, həmçinin gələcək uşağın valideynlərinin sağlamlığı nəzərə alınmalıdır. Hamiləliyin gedişatını ağırlaşdıra biləcək faktorlar bir neçə qrupa bölünür.
Birincisi – sosial-bioloji faktorlardır. Bura 30-dan yuxarı yaş qrupuna daxil olan ana, və 40-dan yuxarı yaşı olan atalar, valideynlərin zərərli vərdişləri, zərərli işi olanları daxil edirik. İkinci qrupa - mamalıq və ginekoloji faktorları aid edirik. Bu risk qrupuna - çoxsaylı doğuş keçirmiş xanımlar, abort etdirənlər, vaxtından əvvəl doğuş keçirən, hamiləliyi ölü doğuşla sonlandırılan qadınlar və digərləri aiddir. Üçüncü qrupa isə hamiləlik dövründə ekstrogental xəstəliklər keçirən hamilə qadınlar daxildir. Yəni, ananın daxili orqanlarında olan problemlər - xroniki və kəskin infeksiyalar, hamiləlik dövründə qanaxmalar, mənfi rezus qan qrupu olanlar nəzərə alınır. Növbəti qrupa isə sırf dölün müxtəlif xəstələikləri aid olunur. Bu zaman ən çox dölün gipoksiyaları (dölün oksigen çatmazlığından əziyyət çəkməsi), gipotrofiya (azçəkili döl), paratrofiyalar (dölün çəkisinin artıq olması) daha çox rast gəlinir. Bütün bu hallarda hamiləlik stasionar şəraitdə aparılmalıdır”.
Kəmalə Əliyevanın sözlərinə görə, bəzən patoloji hamiləliklər zamanı həkimlər hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalır. Prenatal dövrdə, yəni hamiləliyin 28-ci həftəsindən sonrakı dövrdə ehtiyac olarsa hamiləlik vaxtından əvvəl başa çatdırılır.
Kəmalə Əliyevanın sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasında patoloji hamiləliklərin izlənməsi, uğurla sonlandırılması üçün hər cür şərait yaradılıb: “Şöbəmizdə həm patologiya, həm ginekologiya, həm də doğuş şöbəsi fəaliyyətdədir. Həmçinin, klinikanın birinci mərtəbəsində fəaliyyət göstərən “Qadın məsləhətxanasın”da hamilə xanımlar qeydiyyata düşə bilərlər. Hamiləlik müddətində bizdə bu hamilə qadınlara nəzarət olunur, onların müayinəsi aparılır. Əgər hansısa dövrdə problemlər aşkarlanarsa, hamiləlik patologiya şöbəsində davam etdirilir”. Hər kəsə ana olmaq arzusunu reallaşdırmağı arzulayan K.Əliyeva qeyd edir ki, klinikada güclü neonatoloq həkimlər də fəlaiyyət göstərir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024