Mobil versiya
Bakıda tıxac yaşanır - Bu istiqamətlərə GETMƏYİN!
Tarix: 19-03-2018 | Saat: 09:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda tıxac yaşanır - Bu istiqamətlərə GETMƏYİN!


Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunur.

Bu barədə "Bakubus” MMC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb:

1.Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi,


2. Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu m.st-sı istiqamətində,

3. 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi,

4. A.Cəlilov küçəsi - F.Bayramov küçəsi,

5. Bülbül prospekti - Xəqani küçəsi,

6. Nobel prospekti - Süleyman Əhmədov küçəsi,

7. Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir,

8. Zərifə Əliyeva prospekti.
Qeyd olunan yollardakı avtomobil sıxlığı normallaşdıqdan sonra həmin istiqamətlərdə hərəkət edən avtobuslarımızın intervalı qrafikə uyğun olaraq təmin olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024