Mobil versiya
Bakıda musiqiçi özünü öldürdü - Yenilənib
Tarix: 15-03-2018 | Saat: 13:17
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda musiqiçi özünü öldürdü - Yenilənib


Azərbaycanlı musiqiçi Pircan Həsənov həyatını itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə klarnet ifaçısı Hüseyn Məmmədoğlu məlumat yayıb.

O, instaqramda musiqiçinin fotosunu paylaşaraq ailəsinə başsağlığı verib: “Bu xəbər məni çox üzdü. Əziz dostum, Allah günahlarını bağışlasın”.

***
Lent.az xəbər verir ki, Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu axşam.az-a bildirib ki, P.Həsənov özünü zəhərləyib:

“Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb”.

AİA.AZ




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024