Tanınmış həkim təcili yardımlarla bağlı çağırış etdi: “Anlayışlı olun”
Tarix: 14-10-2017 | Saat: 15:08
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Təcili tibbi yardımla bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur. Təcili yardım çağıran sakinlər gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir. Amma gündəlik müşahidələrimiz göstərir ki, bu məsələdə həkimləri birmənalı şəkildə günahlandırmaq, qınamaq düzgün olmaz. Düzdür, işinə səhlənkar yanaşan, düzgün qurmayan təcili tibbi yardım stansiyaları və həkimlər var. Amma təcili tibbi yardım maşınlarının çağırılan ünvana vaxtında çata bilməməsinin səbəbləri var: küçələrin darlığı, ünvanların dəqiq olmaması və s.
Məsələ ilə bağlı Modern.az-a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, hazırda təcili tibbi yardımla bağlı problemlər qalsa da, müəyyən inkişafdan da söz açmaq olar:
“Bilirsiniz, yol infrastrukturunun yenidən qurulmasına baxmayaraq təcili tibbi yardım maşınlarının hərəkəti üçün əlavə yol zolaqları nəzərdə tutulmayıb.
Ona görə də təcili yardım maşınları bəzən yolda tıxaca düşür və ya hər hansı problem yaranır, bu da gecikmələrə səbəb olur. Düzdür, təcili tibbi yardım xidmətinin yenidən qurulması üçün bəzi işlər görülüb, yeni avadanlıqlar, formalar alınıb, mərkəzi proqramlaşdırma aparılıb. Bütün bunlara baxmayaraq vətəndaşın təcili tibbi yardım xidmətindən adekvat fayda görmə imkanlarında bəzi problemlər qalır. Əslində bu tendensiya daha çox nəqliyyatla bağlıdır. Düşünürəm ki, bu məsələ həll olmamış, hətta ən yüksək standartlara malik olan təcili tibbi yardım maşınlarının da gecikmə problemləri olacaq”.
A.Qeybulla qeyd edib ki, sakinlər bu cür problemləri nəzərə almalı və müəyyən qədər anlayışlı olmalıdır:
“Sakinlər gecikmə məsələsinə görə narazı qaldığı üçün bəzən təcili tibbi yardım əməkdaşlarının üzərinə hücuma keçir və aqressiya nümayiş etdirirlər. Bu da qarşıdurmaya, söz-söhbətə gətirib çıxarır. Hesab edirəm ki, insanlar da müəyyən qədər anlayışlı olmalıdır. Əgər təcili tibbi yardım əməkdaşlarının peşəkarlığı ilə bağlı narazılıq varsa, aidiyyatı orqanlara məlumat verilə bilər. Amma texniki məsələlərə həkim cavabdeh deyil.
Digər tərəfdən indi Azərbaycan qərb təbabətinə keçib və bu təbabətin prinsipləri bir qədər fərqlidir.
Yəni orada sahə həkimi yox, ailə həkimi var. Ailə həkimi bir neçə ailənin qulluğunda olur və onların bütün problemlərinə bələd olur. Hansısa təxirəsalınmaz situasiya yarananda xəstəni lazimi tibb müəssisəsinə yönəldə bilir. Bu daha yaxşı mexanizmdir, amma hələki Azərbaycanda ailə həkimi institutu tam fəaliyyət göstərmir”.
Müsahibimiz düşünür ki, bu sahə istiqamətində mütəxəssislərin də hazırlanmasına ehtiyac var:
“Təcili tibbi yardım xidmətində bəzən dərman çatışmazlığı problemini də müşahidə edirik. Düzdür, onlara müraciət etsəniz, bunu etiraf etməyəcəklər. Hesab edirəm ki, problemlər sistemli şəkildə həll olunmalıdır. Təcili tibbi yardım maşınları üçün yol ayrılmalı, lazimi təchizatla təmin edilməlidir. Təbii, həkimlərin peşəkarlığının artırılması istiqamətində də konkret addımlar atılmalıdır. Məsələn, Türkiyə, Avropada təhsil alan həkimlərin böyük əksəriyyəti təcili tibbi yardımda işləmək istəmirlər. Onlar daha çox öz peşələri üzrə çalışmağı düşünürlər. Yəni bu istiqamətdə də mütəxəssislərin hazırlamasına diqqət edilməlidir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024