Hörmüzdə yeni reallıq – Körfəz ölkələri İranın şərti ilə razılaşır?
Tarix: 11-08-2026 | Saat: 16:16
Bölmə:Özəl | çapa göndər

Fars körfəzi ölkələrinin Hörmüz boğazında İranın faktiki nəzarət imkanlarını qəbul etməyə hazırlaşdığı bildirilir. “The Wall Street Journal”ın məlumatına görə, region dövlətləri mümkün razılaşmadan narazı olsalar da, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsini daha təhlükəli ssenari hesab edirlər.
Qəzetin yazdığına görə, müzakirə edilən mexanizm Tehranın boğazdan keçən gəmilərə nəzarət imkanlarını nəzərdə tuta bilər. Körfəz ölkələri üçün əsas məsələ isə enerji infrastrukturlarının və neft-qaz ixracının təhlükəsizliyinin qorunmasıdır.
Region dövlətləri faktiki olaraq iki mürəkkəb seçim qarşısındadır: İranın Hörmüz boğazındakı təsirinin güclənməsi ilə razılaşmaq və ya ABŞ-İran qarşıdurmasının yenidən genişmiqyaslı hərbi eskalasiyaya çevrilməsi riskini gözə almaq. İkinci ssenarinin limanlara, enerji obyektlərinə və dünya bazarlarına çıxarılan neft-qaz axınına daha ağır zərbə vura biləcəyindən ehtiyat edilir.
Bununla yanaşı, mümkün razılaşmanın İranın raket proqramını və Tehranın regionda dəstəklədiyi silahlı qruplaşmalarla bağlı məsələləri əhatə etməyəcəyi bildirilir. Başqa sözlə, söhbət İranın bütün regional fəaliyyətini tənzimləyəcək böyük siyasi sazişdən deyil, ilk növbədə Hörmüz boğazında təhlükəsiz kommersiya gəmiçiliyinin təmin edilməsinə yönəlmiş mexanizmdən gedir.
Bəs Hörmüz boğazında Tehranın xüsusi nəzarət imkanlarının qəbul edilməsi ABŞ-İran qarşıdurmasında yeni reallıq yaradacaqmı?
Politoloq Rəhman Bayramov bildirib ki, belə bir razılaşmanın əldə olunması yalnız gəmiçilik məsələsinin həlli kimi qiymətləndirilməməlidir:
“Söhbət dünyanın ən mühüm enerji marşrutlarından birinin üzərində Tehranın siyasi və strateji təsirinin rəsmiləşdirilməsindən gedəcək. Hörmüz boğazı dünya enerji təhlükəsizliyi baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır. Buna görə də Fars körfəzi ölkələrinin İranın nəzarət imkanlarını qəbul etməsi ilk növbədə təhlükəsizlik və iqtisadi sabitlik naminə verilmiş güzəşt kimi görünür. Onlar üçün ABŞ-İran qarşıdurmasının yenidən hərbi münaqişəyə çevrilməsi və nəticədə neft-qaz infrastrukturlarının, limanların və enerji ixracının təhlükə altına düşməsi daha böyük təhlükədir”.
Ekspertin fikrincə, əsas suallardan biri Körfəz ölkələrinin müharibədən yayınmaq naminə atdığı belə bir addımın gələcəkdə İranın əlində daha güclü siyasi təsir vasitəsinə çevrilib-çevrilməyəcəyidir.
“Hörmüz boğazına nəzarət sadəcə coğrafi üstünlük deyil. Bu, enerji bazarlarına, neft ixracına və dünya iqtisadiyyatına təsir etmək imkanına malik olmaq deməkdir. Tehran yaxşı bilir ki, dünya enerji bazarının mühüm hissəsi bu dar su yolundan asılıdır. Buna görə də Hörmüz üzərində hər hansı əlavə nəzarət imkanının əldə edilməsi İranın həm ABŞ-la, həm də region ölkələri ilə danışıqlarda mövqeyini gücləndirə bilər”, – politoloq qeyd edib.
Rəhman Bayramov hesab edir ki, Körfəz dövlətlərinin qarşısında olduqca mürəkkəb seçim dayanır. Bir tərəfdən İranın strateji təsirinin genişlənməsi, digər tərəfdən isə ABŞ-İran qarşıdurmasının yenidən böyük müharibəyə çevrilməsi ehtimalı var. Ekspertə görə, region ölkələri üçün hərbi eskalasiyanın iqtisadi nəticələri son dərəcə ağır ola bilər.
Politoloq prosesdə Omanın xüsusi roluna da diqqət çəkib. Onun sözlərinə görə, Maskat uzun illərdir İranla Qərb arasında vasitəçilik imkanlarına malik regional oyunçulardan biri kimi çıxış edir. Hörmüz boğazının coğrafiyası da Omanı mümkün razılaşmanın mühüm iştirakçılarından birinə çevirir.
“Əgər İran və Oman arasında gəmiçiliyin təhlükəsizliyini təmin edən mexanizm yaradılarsa, bu, gərginliyin azaldılması baxımından mühüm addım ola bilər. Lakin məsələ bununla bitmir. Hörmüz boğazında razılaşmanın əldə olunması İranın raket proqramı, regional silahlı qruplaşmalara dəstəyi və ABŞ-la digər ziddiyyətlərini avtomatik şəkildə həll etmir. Burada söhbət İran-Qərb münasibətlərində böyük barışıqdan deyil, konkret bir böhranın idarə olunmasından gedir”.
Ekspertin qənaətinə görə, Tehran üçün Hörmüz boğazı yalnız təhlükəsizlik və gəmiçilik məsələsi deyil, eyni zamanda böyük siyasi kapitaldır. Əgər Körfəz dövlətləri İranın boğazdakı xüsusi rolunu faktiki qəbul edərlərsə, bu, Tehranın regiondakı danışıqlarda əlini gücləndirən mühüm geosiyasi üstünlüyə çevrilə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026