`...Dedi ki, teatrım da, kreslom da sizə qurbandır`-Savalan qrupunun rəhbəri (MÜSAHİBƏ)
Tarix: 01-02-2017 | Saat: 17:22
Bölmə:Seçilənlər-4 / Manşet | çapa göndər
"AİA.AZ" xəbər verir ki, AzVision.az-ın həmsöhbəti "Savalan" qrupunun bədii rəhbəri, Opera və Balet Teatrının aktyoru Novruz Novruzludur.
İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsini və vokal şöbəsini bitirən N.Novruzlu "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Qarabağ hadisələrindən sonra içlərindən gələn hayqırtı "Savalan " qrupunun yaranmasına səbəb olub.
Qrupunun tərkibində Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney), İffət Əsgərov (kamança) və Novruz Novruzlu (xanəndə və dəf) fəaliyyət göstərirlər.
Repertuar etibarilə qrup əsasən ilahilər, türkülər və bədii-musiqili kompozisiyalar ifa edir.
- Türkiyədən yenicə qayıtmısınız. Nə məqsədlə getmişdiniz?
- Bir-iki günlük Konyaya gedib, Mövlanə, Şəms həzrətlərini ziyarət etdik. Bu bizim içimizi rahatladır. Bundan əvvəl İstanbulda Böyük Bələdiyyə Başkanlığında şairimiz Sabir Rüstəmxanlının yubileyi münasibətilə 45 dəqiqəlk çıxış hazırlamışdıq. Oktyabrın 15-də isə Şah İsmayıl Xətai ilə bağlı möhtəşəm konsert verdik.
- Söhbətimizin bu yerində istəyirəm, bir qədər geriyə gedək. Necə bir ailədə doğulmusnuz?
-Ordubadda doğulmuşam. Atamı 5 yaşımda itirmişəm. Çox dəyərli, millətin,torpağın sevən, çinar kimi bir adam olub. Anam isə övliya səviyyəsində xanım idi. Məndən başqa 3 qardaşım, iki bacım olub. İndi isə bir bacı, bir qardaş qalmışıq.
-Dediniz, ananız övliya səviyyəsində qadın olub. Sizə uşaq yaşlarından nəsə öyrədirdimi?
- Vallah, heç nə öyrətməyib. Amma anamın yaşamına əsasən görmüşük ki, bu, belə olmalıdır, o, elə olmalıdır. Onun yaşantısı bizə örnək olub. Sözü deyəndə, o sözün arxasında yaşantı yoxdursa, təsiri olmur.
- “Savalan”ı 20 Yanvar faciəsindən sonra yaratmısınız. Və bildirmisiniz ki, səbəb 20 yanavar faciəsindən sonra içinizdə yaranan bir boşluq, kədər olub. Millətin dərdinəmi acıdınız, kədərinəmi qoşuldunuz, yoxsa 20 Yanvarda hansısa yaxınınızı itirdiniz?
- Millətin dərdinə qoşulduq. Bu, bütün millətimizin kədəri idi. Qrupun yaranmasının səbəbkarı məndən çox, İshaq Ozanoğlu oldu. Hazırda Almaniyada yaşayır. İshaq gedəndən sonra irəlidə mən oldum. Mən vokal şöbəsini bitirmişəm. Çox gözəl italyan mahnıları oxuyurdum. 20 Yanvardan sonra millətin halı, şəhidlərin olması təsir etdi. Gördük ki, elə musiqi çox yad, ağır gəlir. Fəxrəddin Salim saz, Cavad ney çalırdı. Həlimə Sultan isə şeir deyirdi, mən də mızıldanırdım. Dəqiq bir şey də yox idi. Belə-belə qrup yarandı. İçimizin o vaxtkı halını, hayqırtısını bu yolla ifa edirdik. Bu qrupda maaş, pul yoxdur. Mən iki yerdə- Opera və Balet teatrında və İRS Folklor Ansamblında solist kimi çalışıram. Qrupun digər üzvləri də iki-üç yerdə işləyirlər. Nə yazıq ki, yenə də çatmır. İnsan bir işlə məşğul olar, bütün enerjisini ona verər. Amma pul qazanmaq da şərtdir. Digər işlərimə baxmayaraq, mən özümü bütün varlığımla bu qrupda hiss edirəm. Qrupda özüm oluram.
- Kimi mahnı ilə ruhunun pıçıltısını, kimi də hayqırtısını çatdırır. Bunlardan hansı sizə uyğun gəlir? Mahnılarınızla bizə nə demək istəyirsinz?
- Əsl musiqidə əsas olan içdir. Məsələn, elə musiqilər var ki, onları bəzi müğənnilər oxuyurlar, amma oxumamalıdırlar. Çünki oxuduqlarının fəlsəfəsin bilmirlər. Yəni elə musiqi var ki, boşuna oxunmur, onun arxasında mənəviyyat və şəxsiyyət də durur. Orada səs sadəcə, köməkçidir. Səs vasitəsilə içinin halını ötürürsən. Ruhi musiqilər iç tələb edir.
- Mövlanə deyib ki, “Musiqinin ahəngində elə bir sirr var, açsam dünya alt-üst olar” Dünyamızı alt-üst etmək istəyirsiniz?
- Əvvəla deyim ki, insan əslində heç olmaq, əriyib yox olmaq istəyir. Çünki bütün varlıq heçliyin içindədir. Musiqidə elə hisslər, rənglər var ki, onu sözlə çatdırmaq olmur. Bəzən oxuyanda bir yerlərə gedirsən, qəribə bir aləmlər açılır. Çox maraqlı bir şeydir. Musiqinin ahəngi, halı səni elə bir yerə aparır ki, o yerin nə halını, nə də rəngini deyə bilirsən.
Aranjmançıya fikrimi çatdıranda bildirirəm ki, bura əzəmətli, çılpaq dağ olsun. Rəngin, ətrin,halın deyirəm.
Mənim nə demək istədiyimi o, hiss edir. Musiqdə elə hallar var ki, onun ətri, səsi, rəngi çox maraqlıdır. O cür musiqi o vaxt yaranır ki, sən həmin anda heç olursan, sən olmursan. Sən olsan, o olmur. Sən olsan araya nəfs girir. Yox olanda o gözəllik zühur edir. Ona görə də, var olmaq üçün, gərək yox olasan.
- İnsanlar haqqında maraqlı düşüncələriniz var. İnsanları çözmək üçün psixologiya və ya hansısa elmlə maraqlanırsınız?
- Tam səmimi desək, insanları çözməyə ehtiyac yoxdur. İnsan ən birinci özünü çözür və çözdükcə ətraf da açılır. Əsası, insan özünü bilməyə çalışmalıdır. Çünki hər şey insanın özündədir.Bu gün əhvalın belədir , gözəldir, dunyani gözəl, xoş ətirli görürsən.Sabah halın dəyişir,dünən gördüyün gözəlliklər rəngin dəyişir, bulanıq örünür.Her şey insanın baxışından asılıdır.
Vaxtilə çox ciddi şəkildə yoqa ilə məşğul olurdım. İtimiz həmişə başını ayağıma sürtərdi. Bir gün evdən əsəbi çıxdım, həmin it üstümə cumdu. Çünki hər şeyi ətarafa düşüncəmiz, niyyətimizlə özümüz veririk. Ən önəmli olan özümüzük. Düşüncəmizdə, içimizdə özümüzlə oluruqsa, bu, bizdən ətrafa açılır. Və onu görüb, hiss edirik.
- Olubmu ki, özünüzü bilməyə, tanımağa çətinlik çəkəsiniz? Günlərin bir günü ayılasınız ki, bu, illər öncə tanıdığınız “mən” deyil?
- Yaşantıda hökmən olur. 20 il bundan öncəki olaya indi olsaydı, başqa cür baxardım. Bu, belə də olmalıdır. İnsan inkişafdadır. Mən geriyə qayıtmağın tərəfdarı deyiləm. Geridən təcrübə götürüb, irəli getmək lazımdır. Həyatda yaşanan heç nəyə heyfslənməmişəm. Ağrılı-acılı bir şeylər yaşamışam, çoxlu hadisələr olub, əzizlərimi itirmişəm. Ancaq içimdə zərrə qədər Allaha şübhəm olmayıb. Həmişə demişəm ki, hər şeyi edən sənsən, sadəcə mənə güc ver. Bu qədər olayın içində üsyan etməmişəm. Bu baxımdan, özümə təşəkkür edirəm.
- Allahı hərə bir cür təsəvvür edir. Kimi Allaha sığınır, xeyirxah işlər görür, kimi də “Allahu-əkbər”deyib, baş kəsir. Sizin baxışınız mənə maraqlı gəldi…
- “Mən sizə şah damarınızdan da yaxınam. Şeytan qanınızda dolaşır”. Deməli, Allah bizə bizdən xəbərsiz, damardan daha yaxınmış. Biz isə Allahdan çox uzaqdayıq. Allah insanlara yollarini bulmaq, özlərini bulub insanlıq yolunda yürümək üçün Şəmslər, Mövlanələr, Yunus İmrələr, İbni ərəbilər, Nizamilər, Fizulilər- insani kamillər, uca insanlar gonderib. Onlar həyatımızı aydınladan bir şeylər qoyub gediblər. “Allahu əkbər” deyib, uşaq başı kəsənlər Allahın nə olduğunu anlamırlar. Heç kimi qəbul etmirlər, bir dənə “Allah” deyirlər.
Doğulandan özümə maraqlı gəlib, “bu həyat nədir”, “həyata niyə gəlmişik” deyə, məna axtarmışam. Olaylarda özümü axtarmaq, özümü görmək, nə olduğumu bilmək istəmişəm.
- Axtardığınızdan neçə faizini tapmısınız?
- Əsas budur ki, o yolu tapmışıq. Yolun da enişi-yoxuşu var. Ancaq bu yol səni düzə aparan yoldur.
- Atetistlərlə dostluq edirsinizmi?
- Mənim ətrafımda hər təbəqədən adamlar var. Men insanları sevirəm.İnsanlar hansı səviyyədə, baxımdadırsa, o onlara aitdir. Deməli, hələ nəsibində bir şeylər yoxdur. Hazır deyil.
Bir nəfər əlində alma peyğəmbərin yannına gəlir. Deyir soruşacağam ki, “Bu alma mənim qismətimdir? Desə qismətindir, yerə atacağam, yox, əgər desə deyil, bir diş vuracağam”. Yanına gəlir və soruşur. Peyğəmbər də deyir, “Yesən qismətindir, yeməsən də yox”. İnsan qisməti öz düşüncəsi, öz əməlilə yazır. İçində gərək istəyəsən. Günlərin bir günü hökmən bir adamın vasitəsilə Allah səni oradan çıxarıb, aydın yol göstərir.
- İndi də yoqa ilə məşğul olursunuz?
- Oluram. Bir saatlıq sistemim var. Etməsəm, evdən çıxmıram. Azərbayacanda o işlə ən ciddi məşğul olan biz idik.
- Nəyə görə başladınız?
- Çünki islama icazə yox idi, qadağa var idi. Biz bir-iki dəfə 80-ci illərdə Təzəpir məscidinə getdik. Orada bizdən bütün bioqrafiyamızı istədilər. O ərəfədə biz yoqa ilə məşğul olduq. Sağlamlıq cəhətdən xeyirlidir. Ancaq mənəvi cəhətdən islam dini sonu görünməyən, bir xəzinə, Allahın insanlara ən qiymətli lütfüdür.
Baxmayaraq ki, islamı bizə fanat, mövhumat, bulanıq göstərmək istəyirlər. İnsanlıq islami dəyərlərin üzərindədir.
- Namaz qılırsınzmı?
- Çox qəliz sualdır. Deyir, soruşsalar namaz qılırsan, desəm qılıram, günahdır, nəfsə girirsən. Desəm yox, o da günahdır, çünki 15 yaşdan sonra qılmalısan. Belə deyək, inşallah, qılırıq.
- Bir ara məşq etməyə yeriniz yox idi. İndi durum necədir?
- Elə indi də elədir. Dəyərli dostumuz Eyvaz bəyin evində məşq edirik.
- Toylara gedirsiniz?
- Hərdən, dəyər verilən yerlərə gedirik. Toylarımız bilirsiniz də, nə gündədir. Yaxın adamın toyuna gedəndə belə adam səsdən-küydən narahat olur.
- 50 yaşınız olanda demişdiniz ki, “özümü 25 yaşda hiss edirəm”. 57 yaşınızda bəs özünüzü hansı yaşda hiss edirsiniz?
- Mən yaşı hiss etmirəm. Əslində, yaş söhbəti yoxdur, an söhbəti var. Cavan adamlara baxıram, sanki 80 yaşları var. Çünki dünyanın o qədər zirini-zibilini kürəklərinə yığıblar ki… Baxırsan ki, bu yaşda niyə özünü belə hala salıb, əlavə yük daşıyır? O da için, düşüncənin baxımıdır. Yaş nisbi bir şeydir.
- İtalyan dilində mahnılar da oxumusunuz. Və fikriniz var ki, yenidən oxuyasınız. Bəs İtalyan dilini bilirsinizmi?
- İnstitutda oxuyanda İtalyan repertuarından çox ifa etmişəm. Ancaq italyan dilini bilmirəm. Oxuduğum mahnıların tərcüməsini dili bilən adamlardan soruşmuşam. Amma əslində əsas könül dilidir.
Movlanə deyir ki, `Dünyada neçə dillər var, hamısında anlam eyni. Yetər ki, bir könülə yol tapasan`.
Biz bir dəfə bir tədbirdə oxuyurduq. İngiltərənin keçmiş səfirinin xanımı dedi, “Sizin nə oxuduğunuzu başa düşmədim. Ancaq məni uşaqlığıma apardınız”.
- Gənclik illərinizdə oynadığınız rolların şəkillərinə baxırdım. Çox qəşəng olmusunuz. Qızlar sizə məktub yazırdımı?
- Çox qəliz sualdır. Evə dava salmaq istəyirsiniz? (Gülür). İnstitutu qurtarandan sonra bildim ki, sən demə, məni çoxlu sevən varmiş. Dedim, bəs bunu vaxtında niyə deməmisiniz? (gülür)
- Lütfiyar İmanov və Qulu Əsəgrovla da fotolarınızı görmüşəm…
- Qulu Əsəgərov institutda dərs deyirdi. Lütfiyar müəllimlə konsertlərdə oxumuşuq. Yaş fərqimizin olmasına baxmayaraq, dost idik. Bağında işləyirdik, kabab çəkirdik. Səmimi münaibətimiz var idi.
- Bir zamanlar qrupunuz Yuğ teatrı ilə əməkdaşlıq etmişdi. “Üz tutram tanrıya” və “Olsun”u Yuğun səhnəsində göstərib, ifa etmişdiniz. Bəs indi necə?
- Azərbayacanda insana Vaqif İbrahimov qədər dəyər verən incəsnət adamı görmədim. O, bir dəfə biz efirdə olanda zəng elədi, dedi orada oturanların hər birinin əlindən öpürəm. Siz məni uzaqlara apardınız. Mənim teatrım, mənim kreslom hamısı sizə qurbandır. Qalib Məmmdovun musiqisi və Fəxrəddin Salimin sözlərilə tamaşa təşkil etdik. Yuğ teatrından da aktyorlar qoşuldular bizə.
YUĞ teatrının aktyorları ilə bərabər gözel bir göstərilərimiz oldu. Sonra YUĞ teatrında Yunis İmrə məclisi, təfəkkür, meditasyon, iç aləminə səyahət göstərilərimiz oldu.
2 il bundan əvvəl “Azdrama”da`Dirse xan oğlu Buğac xan` boyu esasında hazirlanmis “İlahi oyun”tamaşasında Dədə Qorqud rolunda oynadım. İstər Azərbayacanda, istərsə də Türkiyədə çox möhtəşəm qarşılandı. İndi isə hansısa teatrla əməkdaşlığımız yoxdur. YUĞ-un da vəziyyətini bilirsiniz.
- Sona Vəliyevanın sözlərinə yazılmış “Karvan” mahnısını oxumusunuz. Əməkdaşlıq necə yarandı?
- İnstitutda bir yerdə oxumuşuq. O, mənə “qardaş”, mən ona “bacı” deyirəm. Dəyərli, milli ruhu, mənəvi dünyası olan insandır. 6-7 -yə yaxın musiqimiz tam hazırdır.
- “Könlümə Təbriz düşüb” mahnısını oxumusunuz, qrupun adını “Savalan” qoymusnuz. Cənubi Azərbyacana çoxmu bağlılığınız var belə?
- Təbriz, Kərkük bizim canımızdır.
- Təbrizə tez-tezmi gedirsiniz?
- Yox, istəsəm belə, gedə bilmərəm. Onlar məni “çox istəyirlər”, ona görə.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024