Gözü arxada qalan adam...
Tarix: 13-09-2017, 11:56 | Saat: 15:47:00
Bölmə:Yazar1, Karusel, Seçilənlər | çapa göndər

Gözü arxada qalan adam...

Şəcahan Gün

Həvva nənə bu ocağı, bu kəndi çox sevirdi. Bu kənddə doğulmasa da bütün xatirələri bu kəndlə bağlı idi. On altı yaşında bura ərə gəlmiş və bütün məhəbbətini bu kəndə salmışdı. Toyunu qürurla xatırlayardı...

At belində uzaq bir kənddən bura gəlin gəlmişdi. Sevib ailə qurduğu, çiynindən Beşatılanı düşməyən, altında kəhər atı olan , yaşılgözlü , cəcarətli Xanməmməd kişinin eldə, obada hörməti vardı. Qapısı hamının üzünə açıq idi. Kəndə gələn hər kəs onun çörəyini, duzunu kəsməmiş getməzdi. Çox xanımların gözü Xanməmməd kişidə qalmışdı. Amma Xanməmməd kişinin gözü Həvva nənəni tutmuşdu.Həvva nənə də cavanlığında hörükləri topuğuna dəyən, sərv boylu, alma yanaqlı bir gözəl olmuşdu.

Onun gözəlliyinə heyran olan Xanməmməd kişi , onu toy-busatla bu kəndə gəlin gətirmişdi.

Meşəyə gedəndə belə Xanməmməd kişi əliboş gəlməzdi. Hara getsə mütləq əlində payla qayıdardı. Maraldan, cüyürdən ovlayıb gətirərdi. Sərrast atıcı idi. Quşu gözündən vurardı...

Dağ keçisinə qədər ovlayıb Həvva nənəyə gətirmişdi. Nənə də səxavətli idi. Onun ətindən qonşularsız yeməzdi. Hər kəsə bir tikə də olsa bu ətdən dadızdırardı.

Eldə, obada ad-ad deyilən gözəl bağı vardı. Bağında olmayan meyvə ağacı yox idi. Hər bir ağacı Xanməmməd kişi öz əli ilə calaq etmiş, böyütmüşdü. Ağacları balası tək əziz tutardı. Şevərək onlara qulluq edərdi.

Amma indi bütün bunlar xoş xatirədən başqa bir şey deyildi. Xanməmməd kişi çoxdan dünyasını dəyişmiş, Həvva nənəni tək qoymuşdu. Həvva nənənin şəhərdə yaşayan uşaqları nə qədər çalışsalar da, onu şəhərə, öz yanlarına apara bilməmişrdilər. Çünki Xanməmməd kişinin hər bir xatirəsi Həvva nənə üşün əziz və müqəddəs idi. O, tək-tənha bu kənddə yaşayar, bağına baxar, fərəhlənərdi. Elə bilirdi ki, bununla Xanməmməd kişiyə olan sevgisini davam etdirmiş olur.

Həvva nənə dərdini—sərini ağaclara danışardı.Əlini ağacın üstünə qoyar, ürəyini boşaldardı. Ona belə gəlirdi ki, ağaclar onu dinləyir, başa düşür. Çünki bu ağaclar ona övladları qədər əziz idi.

Həvva nənə Böyük Vətən müharibəsinin acısını dadsa da, tale nənənin üzünə gülmüş, həyat yoldaşı iki ildən müharibədən qolunda nemes mərmisinin qəlpəsi ilə qayıtmışdı. Hərdən ağrı versə də, həkimlər onu cərrahiyyə əməliyyatı etməkdən çəkinmişdilər. Ona görə də bu “müharibə nişanı” ölüncə Xanməmməd kişinin qolunda qalmışdı. Xanməmməd kişi müharibəyə gedəndə ailəsinə bir neçə illik azuqə qoymuşdu. Ona görə də Həvva nənə müharibənin aclıq qorxusunu duymamışdı. Əksinə ataları müharibədə olan qohum-qonşuya yardım etmişdi ki, onlar acından ölməsinlər. Sonralar Xanməmməd kişinin uşaqları söyləyəcəklər ki, bizim ruzi-bərəkətimiz elə ata-anamızın səxav ətinə görədir. Tanrı bizə valideynlərimizin xeyirxahlığının ruzisini verir.

İndi isə ortaya çox çətin bir problem çıxmışdı. Nankor qonşular olan ermənilər yenə sakit dayanmırdılar. Gecə-gündüz atışma səsləri gəlir, insanların sakit həyatı cəhənnəm azabına çevrilirdi. Həvva nənənin gözəl silah atma bacarığı da vardı. Bunu ona Xanməmməd kişi müharibəyə gedəndə öyrətmişdi. Onda Həvva nənə çox gəncdi. İki balaca oğul anası idi. Xanməmməd kişi arxayın müharibəyə getsin deyə həyat yoldaşına silah atmağı öyrətmiş və Beşatılanını da ona bağışlamışdı. Həvva nənə bi iki il müddətində bir dəfə də ata evinə getməmiş, elə buradaca iki oğluna qısılaraq həyat yoldaının yolunu gözləmişdi.

Vəziyyət getdikcə gərginləşirdi. İnsanların gözünə yuxu getmirdi. Qonşu uşaqları analarından xahiş edirdilər ki, Həvva nənə onların yanında qalsın. Elə ki Həvva nənə uşaqların yanına gəlirdi. Onda uşaqların gözünə yuxu gedirdi.

Həvva nənə uşaqlara danışırdı ki, bu ermənilərin birinci savaşı deyil. Onlarda sanki bir “Erməni xəstəliyi” var. O xəstəlik baş qaldırdımı,mütləq qonşu azərbaycanlılara torpaq davasına çıxar, qan töküb, soyğunçuluq edərlər.

Onlar Qubada ,Şamaxıda azərbaycanlıları əhəng quyusuna töküb diri-diri yandırmışlar. İnsanları aldadıb məscidə yığmış, qapısını bağlayıb, məscidə od vurub, onları diri-diri yandımışlar.

Hamilə qadınların belinə samovar bağlayıb qaynatmış, insanlara ağılasığmaz işgəncələr vermişlər. Bunu da Həvva nənə uşaqlara danışardı.

Həva nənə gecələr yatmrdı. Çiynində Beşatılanı səhərə kimi keçik çəkirdi. Kənd camaatı onu “Həcər xanım” deyə əzizləyərdi.

Həvva nənə uşaqlara nəql edirdi ki, indi həmin nankor qonşuların yaşadıqları torpaqlar Xanməmməd kişinin babalarının dədə-baba yurdu , yaylağı olub.

Həmin ermənilər əvvəllər onların qapılarının qulluqçuları olmuş, evlərində bənnalıq etmiş , bir qarın çörəkdən ötəri hər işi görməyə hazır olmuşlar.

Onlar yayda Xusdub dağlarına gedər, Gölcük deyilən yaylaqlarda dincələr, buz kimi bulaqların suyundan içər, baldırğan. qantəpər, kəklikotu yığarmışlar. Yaylaqdan qayıdanda uşaqların yanaqları lalə kimi qıpqırmızı olarmış.

Uşaqlar da Həvva nənənin şirin nağıllarına qulaq asar, mənfur ermənilərin keçmişdə azərbaycanlıların dədə-baba yurdlarında məskən salmalarına heyfsilənirdilər.

Bir də Həvva nənə uşaqlara danışırdı ki, əslində erməniləri buraya İrandan, Türkiyədən aldadıb şirin həyat xəyalları yaradaraq köçürüb gətirib yerləşdiriblər. Bunu qoca pinəçi erməni təəssüf hissi ilə özü danışırmış.

Artıq vəziyyət çox gərginləşmişdi. Vəziyyətin belə gərgin olduğu bir zamanda Həvva nənənin şəhərdə yaşayan uşaqlar narahat olmaya bilməzdilər. Onu şəhərə aparmaq istəyirdilər. Amma Həvva nənə yenə inaddkarlıq edirdi . O, nə Xanməmməd kişinin məzarını, nə də min bir zəhmətlə saldığı bağını qoyub getmək istəmirdi. Tək- tənha bu balaca kənddə ermənilərə qarşı sinə gərir,evini,,elini, obasını qoruyurdu.

Vəziyyət get-gedə pisləşirdi. Artıq adamlar mal-qarasını belə örüşə ötürməyə qorxurdular.

Elə belə günlərin birində qapıda iki maşın dayandı. Gələn Həvva nənənin uşaqları idi. Onlar bu dəfə xəbərsiz-ətərsiz gəlmişdilər. Bilirdilər ki, belə qəfildən gəlməsələr nənəni apara bilməyəcəklər. Ona görə də qəfildən gəlmiş, vəziyyətin çox gərgin olduğunu nənəyə demiş, əllərinə gələni maşına yığmış, nənəni də götürüb kəndi tərk etmişdilər.

Həvva nənənin inəyi meşədə , paltarları ipdə, yır-yığıncağı çardaqda qalmışdı.

Ən pisi isə onun gözləri həmişəlik tərk etdiyi bu kənddə, Xanməmməd kişinin yanında qalmışdı...

AİA.az



5304 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
23-11-2017
22-11-2017
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930