Təhsil Nazirliyi: Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var
Tarix: 5-02-2019, 15:30 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Təhsil Nazirliyi: Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var


Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin yerlərin yalnız 11-i Bakı şəhərinin payına düşür.

E.Bağırov bildirib ki, vakant direktor yerlərinə işə qəbul üçün keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilib: "Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq. Uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək. Hazırda nazirlik tərəfindən müsabiqənin yekun yerləşdirmə mərhələsi həyata keçirilir. Uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən yerlərdən əlavə yeniləri də təklif oluna bilər".

Nazirlik rəsmisi əlavə edib ki, vakant yerlər namizədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək: "Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif edilsin".

aia.azшаблоны для dle 11.2



595 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}