“Tikim sizin ağzınızı...” - Elzadan yeni şeir
Tarix: 31-08-2017, 16:56 | Saat: 15:47:00
Bölmə:Dünya, Karusel | çapa göndər

“Tikim sizin ağzınızı...” - Elzadan yeni şeir








Xəbər verdiyimiz kimi, yaxın günlərdə ARB TV-də yayımlanacaq "Xalqın şairi" layihəsinə Elza Seyidcahanın münsif kimi dəvət olunması böyük etirazlara səbəb olub.

Onun özünü şairə kimi təqdim etməsi və yazdığı məzmunsuz şeirləri gülüş hədəfinə çevrilməsinə baxmayaraq ədəbiyyat müsabiqəsində münsif kimi iştirak etməsi ölkə mediasının və ictimaiyyətinin sərt tənqidi ilə üzləşib. Ciddi qələm adamları olan digər jürilər Elza Seyidcahanın prosesdə bəstəkar kimi iştirak edəcəyini bildirsələr də, sənətçinin özünün açıqlamaları bunun əksini deməyə əsas yaradıb. Belə ki, əməkdar artist onun əleyhinə çıxanların acığına şeir yazmaqda davam edəcəyini və münsif kimi prosesə böyük tövhə verəcəyini iddia edib.

Bu stiuasiyanı nəzərə alan Aia.az şairəlikdə iddiası olan bəstəkar-müğənni Elza Seyidcahanın "Tikim sizin ağzınızı qırxayaq kimi" adlı ən son yazdığı "şeir"i təqdim edir:

Tikim, Tikim sizin ağzınızı

Qırxayaq kimi.

Dartım sıxım sapınızı

Barama kimi.

Geyim cırım corabımı

Çatana kimi.

Cırın, cırın.

Siz də geyin, geyin, qaçın

Xəyallara batana kimi.

Tikim sizin ağzınızı yatana kimi.

aia.az



5492 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
24-11-2017
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930