Siyavuş Novruzov: "Əsgərlikdə olmayanlar hərbi haqqında qanundan danışır"
Tarix: 15-12-2017, 12:44 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Siyavuş Novruzov: "Əsgərlikdə olmayanlar hərbi haqqında qanundan danışır"


"Silahlı qüvvələr Ali Baş Komandana tabedir. Bu sahəyəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib: "Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır”.

Deputat qeyd edib ki, orduya mütəxəssis rəhbərlik etməlidir: "Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, gördük, nələr baş verdi. Adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduda professional zabitlər olmalıdır. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir. Ordu sirləri qapalı olmalıdır. Mətbuat nazirliyin mətbuat xidmətinin verdiyi məlumatdan başqa məlumat yaymalı deyil”.(azvision.az)

aia.az



5110 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
22-06-2018
21-06-2018
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930