Mobil versiya
Baxçalıdan Kılıçdaroğluna İTTİHAM: “Baltanı daşa vurdunuz”
Tarix: 18-04-2017 | Saat: 14:19
Bölmə:Siyasət / Manşet | çapa göndər

Baxçalıdan Kılıçdaroğluna İTTİHAM: “Baltanı daşa vurdunuz”



Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı referendumdan sonra açıqlama verib.

Modern.az saytının Türkiyə KİV-nə istinadən xəbərinə görə, Baxçalı prezident üsul-idarəsinə keçidlə bağlı müzakirələrin artıq bitdiyini deyib.

MHP başqanı partiya üzvlərinin referendumda “yox” deməsi ilə ilə bağlı iddiasına da münasibət bildirib.

O qeyd edib ki, Türkiyənin Ali Seçki Şurası bu iddia ilə bağlı bir iş görməlidir.
“Əgər imkan varsa, “hə” ya da “yox” deyən vətəndaşlarımızın siyahısı açıqlanmalıdır”-deyə qeyd edib.

Baxçalı bildirib ki, bir zamanlar bığ altından gülənlər şeytanla eyni çərçivəyə girəcək qədər hirslidirlər.
O, ana müxalifət Cümhuriyyət Xalq Partiyasını da (CHP) ittiham edib:

“Uduzanlar klubu olduqca qarşıq, sıx və mürəkkəbdir. HDP dağılıb, CHP isə baltanı daşa vurub”

Qeyd edək ki, referendumun nəticəsinə görə, siyasi sistem dəyişikliyinə “hə” deyənlər 51.41 faiz, “yox” deyənlər isə 48.59 faizdir.

Xatırladaq ki, Konstitusiya dəyişikliyinə görə, Türkiyədə prezidentin səlahiyyətləri artırılır.

aia.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024