Mobil versiya
Nura Suri ad gününü Dubayda qeyd etdi – FOTO + VİDEO
Tarix: 23-04-2018 | Saat: 15:13
Bölmə:Aia TV | çapa göndər






Tanınmış müğənni Nura Suri ötən günlərdə doğum gününü qeyd edib.

Oxu.Az xəbər verir ki, keçən il növbəti yaşına Moskvada girən sənətçinin budəfəki seçimi Birləşmiş Ərəb Əmirlikləri olub.

Belə ki, kiçik oğlu Davidi də götürüb Dubaya yollanan Nura 6 gün orada qalaraq övladı ilə istirahət edib.

Şəhərdə iki lüks otel dəyişən Suri Dubayın məşhur əyləncə məkanlarında olub.

İstirahət etdiyi bütün məkanlarda övladlarını yanından ayırmayan Nura sənəti hər zaman ikinci planda tutduğunu qatıldığı proqramlarda dəfələrlə qeyd edib. O açıqlamalarında ilk öncə övladlarının gəldiyini bildirir. Buna görə də, müğənni Dubaydan qayıtdıqdan dərhal sonra oğlu Davidə doğum günü edib.

Məlumat üçün bildirək ki, ifaçının oğlunun doğum günü yay aylarında olduğundan Nura oğluna ildə iki dəfə ad günü edir. Bunun səbəbi isə Davidin doğum gününü sinif yoldaşları ilə qeyd etmək istəməsidir.

Xatırladaq ki, müğənni ötən il oğlunun ad gününü Bodrumda qeyd etmiş, doğum gününə türkiyəli məşhur aktrisa Irmak Ünal da qatılmışdı.



aia.az




























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024