Xocavənd təhsil sahəsində regional liderliyi qoruyub saxlayır
Tarix: 5-12-2018, 15:40 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Xocavənd təhsil sahəsində regional liderliyi qoruyub saxlayır



Ümidvar Məmmədovun rəhbərliyi altında Xocavənd RTŞ-nin fəaliyyəti uşaq və yeniyetmələrin müasir, geniş dünya görüşünə sahib olan gənc vətənpərvərlər kimi formalaşmalarına yönəldilmişdir

Bu gün Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu sahəyə ayrılan maliyyə vəsaitlərinin həcmi, həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə ölkəmiz artıq bəzi inkişaf etmiş dövlətləri belə qabaqlayır. Ölkənin təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Təbii ki, ərazisi müvəqqəti işğal olunmuş rayonlarda təhsilin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşılır.Bütün çətinliklərə rəğmən təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi belə rayonlarımızdan biri də Xocavənd rayonudur.

Qeyd etmək lazımdır ki, hazırda məcburi köçkün şəraitində Xocavənd Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəbləri Respublikamızın 5 rayon və şəhərində - Bakı və Sumqayıt şəhərlərində, Ağcabədi, Beyləqan və İmişli rayonları ərazisində fəaliyyətini davam etdirir. Fəaliyyətdə olan 16 ümumtəhsil məktəlbərindən 11-i tam orta, 2-si ümumi orta və 3-ü isə ibtidai məktəblərdir. 2016-cı ilin yanvar ayından Xocavənd Rayon Təhsil Şöbəsinə Ümidvar Məmmədov rəhbərlik edir.



Qısa arayış:

Ümidvar Rəşid oğlu Məmmədov 1959-cu ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. 1966-1976-cı illərdə orta təhsilini alıb. 1978- 1980-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1981-ci ildə Xankəndi Pedaqoji İnstitututnun Tarix fakultəsinə daxil olub, 1986-cı ildə həmin institutu bitirib. 1986-1990-cı illərdə Xocavənd Rayonunun Qaradağlı kənd tam orta məktəbində tarix müəllimi işləyib. 1990-cı ildə Xocalı rayon Təhsil Şöbəsinə inspektor vəzifəsinə təyin olunub. 1992-ci ilin avqust ayından Təhsil Nazirliyinin göndərişi ilə Xocavənd rayon Təhsil Şöbəsinə Aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 2016-cı ilin yanvar ayından Xocavənd Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunub. 1993-cü ildən YAP Xocavənd rayon təşkilatının üzvüdür. Müharibə veteranıdır.

Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə, Ümidvar Məmmədovun bu vəzifəyə təyinatından sonra rayonun təhsil sahəsində bir canlanma, bir dinamika aşkar şəkildə müşahidə olunmağa başladı. Təsadüfi deyil ki, hazırda Xocavənd məktəbləri məzunların ali məktəblərə qəbulunu əks etdirən statistik göstəricilər üzrə də regionun digər rayon məktəblərini qabaqlayırlar.

Nəticələr yüksəkdir, lakin bu da son hədd deyil

Ötən tədris ili Xocavənd məktəbləri üçün həqiqətən də kifayət qədər uğurlu olmuşdur. Əldə olunan nailiyyətlər barədə 11 sentyabr 2018-ci il tarixdə Rayon Mədəniyyət evində keçirilmiş Xocavənd rayon müəllimlərinin ənənəvi sentyabr konfransında etdiyi çıxışında Rayon Təhsil



Şöbəsinin müdiri Ümidvar Məmmədov ətraflı məlumat vermişdi. Belə ki, 2017-2018-ci tədris ilində rayonun bütün ümumtəhsil məktəbləri üzrə təhsilə 2067 nəfər cəlb edilmişdir. Qeyd edək ki, bu göstərici 2016-2017-ci tədris ilində 2052 nəfər idi. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 344 müəllim, Xocavənd Rayon Uşaq- Gənclər İdman-Şahmat məktəbində 541 şagirdlə 28 müəllim məşğul olmuşdur.

2017-2018-ci tədris ilinin yekunlarına görə, IX sinif üzrə 124 şagird, XI sinif üzrə isə 120 şagird imtahana buraxılmışdır. Bu isə, tədris materiallarının müvafiq olaraq IX sinif üzrə 79% və XI sinif üzrə 90% mənimsənilməsi deməkdir. İmtahanların nəticəsinə əsasən IX sinif üzrə Azərbaycan dili və riyaziyyat fənnlərindən Xocavənd rayon 2 saylı və Əmirallar kənd tam orta məktəbləri daha yaxşı nəticə göstərmişlər.



XI sinfi bitirən 120 məzundan 65 nəfəri ali məktəblərə qəbul olmuşdur. Məzunlardan 8 nəfəri 400-dən yuxarı, 8 nəfəri 500-dən yuxarı, 1 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Breyn-rinq birinciləri – “Mübarizlər”

Diqqətəlayiq haldır ki, bu gün Xocavənd məktəbliləri təkcə oxuduqları məktəbin hüdudlarında tədris olunan elm və biliklərə sahib olmaqla kifayətlənmirlər. Bu uşaqlar həm də ölkə səviyyəsində keçirilən müxtəlif müsabiqə və fənn olimpiadalarının, intellektual oyunların və digər layihələrin aktiv iştirakçılarıdırlar. Həmçinin ötən tədris ilində də Xocavəndli şagirdlər müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. 14 mart 2018-ci il tarixdə Xocavənd Rayon Təhsil Şöbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə I yer tutan Xocavənd rayon 4 saylı tam orta məktəbinin X sinif şagirdi Həsənova Zərnişan Oqtay qızı Respublika mərhələsində Tərifnamə ilə təltif olunmuşdur. Xocavənd rayon Xocavənd 2 saylı tam orta məktəbin “Mübariz” komandası Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr edilmiş breyn-rinq intellektual bilik yrışmasında qalib gələrək, I yerin sahibi olmuşdur.1 iyun “Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə təşkilatçılığı ilə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirdə “Mənim Azərbaycanım” mövzusu üzrə “Nərgiztəpə abidəsi” rəsmi ilə Xocavənd rayonunu təmsil edən Nərimanlı kənd tam orta məktəbinin şagirdi Əlizaman Oruclu uğurlu iştirakına görə diplomla təltif olunmuşdur.



Bütün bunlar isə belə deməyə əsas verir ki, Ümidvar Məmmədovun rəhbərliyi altında Xocavənd Rayon Təhsil Şöbəsinin fəaliyyəti sadəcə şagirdlərin bilik səviyyələrinin yüksəlməsinə deyil, eyni zamanda da yetişməkdə olan gənc nəslin müasir, geniş dünya görüşünə sahib olan gənc vətənpərvərlər kimi formalaşmalarına yönəldilmişdir. Heç şübhəsiz bu tədris ilində də Xocavənd RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.

aia.az
Elbrus Bağırov
Abbas Abbasovшаблоны для dle 11.2



5275 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}