Azərbaycanda QİÇS-li xəstələrin qorxunc STATİSTİKASI
Tarix: 1-12-2018, 14:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Azərbaycanda QİÇS-li xəstələrin qorxunc STATİSTİKASI


Azərbaycanda indiyədək QİÇS-ı yoluxmuş, bu xəstəlikdən ölmüş adamların yeni statistikası açıqalanıb.

Modern.az xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov 1 dekabr QİÇS-lə Mübarizə günü ilə bağlı mətbuat konfransı keçirib.

Eldəniz Muradov bu ilin 11 ayı ərzində Azərbaycanda 547 nəfərdə ilk dəfə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma halı aşkarlandığını deyib. Onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.

E.Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV virusu daşıyan 6111 nəfər qeydiyyata alınıb. Onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisinin sözlərinə görə, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2%-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt, 1,8%-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməyib.



Bu xəstəlik XX əsrin ortalarında Mərkəzi Afrikada peyda olub və yerli əhaliyə meymunlardan keçib. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılıb.


Son məlumatlara görə, dünyada 70 milyondan çox insan bu xəstəliyə yoluxub. Onlardan 35 milyonu QİÇS-dən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 36 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.

Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, elə o qədər də insan yoluxur.

BMT hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan edib. Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq, onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdəndir.

Azərbaycanda bu xəstəlik ilk dəfə 1987-ci ildə ölkəmizə gəlmiş əcnəbilərdə aşkarlanıb. O zaman ölkəmizdə QİÇS-ə yoluxmuş 2 nəfər var idisə, indi onların sayı 6 mindən çoxdur.

Azərbaycan dövləti QİÇS-in yayılmasının qarşısının alınması haqqında qanun qəbul edib. Cinayət Məcəlləsinə görə, bu xəstəliyi bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmamaq üçün sağlam həyat tərzi keçirmək, sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir.

aia.azшаблоны для dle 11.2



534 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}