“Bədbin deyiləm, Türkiyə vəziyyətdən çıxacaq...” - Aqil Abbas
Tarix: 14-08-2018, 14:33 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bədbin deyiləm, Türkiyə vəziyyətdən çıxacaq...” - Aqil Abbas


Şair Vaqif Cəbrayılzadə demiş, türk minillərin gün işığıdır, nə qədər basdırsan, yenə torpağın üstündə qalar. Türkiyə qüdrətli dövlətdir, ona qarşı oyun qurulub, amma bu sınaqdan da üzüağ çıxacaq.

aia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Aqil Abbasın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini "böyük iyirmiliy”in sırasına qata bilib, nəhəng işlər görüb və bu işlərə davam edir: "15 iyul dövlət çevrilişinə cəhd Türkiyəni başıqapazlı etmək məqsədi güdürdü və Ərdoğana qarşı çevrilmişdi. Hazırda böyük oyunlar gedir, Türkiyəni bölmək istəyirlər, amma buna gücləri çatmayacaq.

Dollar 7 lirəni ötmüşdü, indi enməyə başlayıb. Bədbin deyiləm, inanıram ki, Türkiyə bu vəziyyətdən çıxacaq. Qardaş ölkə güclüdür və qüdrətli prezidenti var. Türk xalqı lazım olarsa, hətta ev-eşiyini satar, amma ölkəsini çətin vəziyyətdə qoymaz”.

Millət vəkili xatırladıb ki, dəfələrlə Türkiyəyə qarşı oyunlar qurulsa da, reallaşmayıb: "Yenidən Türkiyə, Rusiya və İrana qarşı oyun başlayıb. Bir şeyi də nəzərə çatdırım ki, 38 ildir İrana qarşı embarqo qoyulub, amma bu, İranın xeyrinə olub, güclü dövlətə çevrilib, sualtı qayıqlar, 5 min km hücum qabiliyyətinə malik raketlər düzəldib.

Bəli, İranın pulu taxtaya dönüb, bir dollar verib bir kisə pul alırlar, amma İran nə sınıb, nə də məhv olub, əksinə inkişaf edib.

Belə şeylərlə Türkiyəni də sındırmaq mümkün deyil, hər şey yoluna düşəcək. Azərbaycan həmişəki kimi yenə də qardaş ölkənin yanındadır. Sadəcə bir şeyə heyfslənirəm ki, Türkiyə ərəb ölkələrinə həddən artıq bel bağladı, pul xərclədi, qorudu, terrorçulardan təmizlədi, amma ərəblər ona arxa durmadılar. Təəssüflənirəm ki, Türkiyə niyə ərəblərə bu qədər inanır”.




aia.azшаблоны для dle 11.2



5126 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}