Balakən rayonu da saxta əlillik dərəcəsinin faizinə görə “lider” rayonlardan hesab edilir
Tarix: 22-11-2017, 12:37 | Saat: 15:47:00
Bölmə:Manşet, Ölkə | çapa göndər

Balakən rayonu da saxta əlillik dərəcəsinin faizinə görə “lider” rayonlardan hesab edilir


Son üç ildə Respublikamızda daha çox sağlıq durumu normal vəziyyətdə olan şəxslərin 3 min manat müqabilində əlillik qrupu alaraq, hər ay dövlətdən pul almaları faktı heç kəsə sirr deyil. Bu baxımdan rayonlarda mövcud olan statistika xüsusilə biabırçı həddə gəlib çatıb.

Artıq Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümovun bu vəziyyətə qarşı mübarizədə pafoslu nitqinə siravi bir məktəbli də inanmır.İstənilən məktəblidən soruşulsa, " ...qonşu Gülnaz xalanın əri də 2 qrup əlildir,heç yeri də xəstə deyil " cavabını verəcəkdir. Bir sözlə Səlim Müslümovun qadın TSEK sədirləri əlillik faizini aşağı salmadılar,onlar qruplar üzrə əlillik faizinin yerdəyişmə nisbətində ictimaiyyətin gözünə küll üfürdülər.Artıq elə vəziyyət yaranıb ki,istənilən şəxsin əlillik dərəcəsinin ləğvi söhbət mövzusu olduqda,qarşısındakını intihara sövq etmə ilə hədələyir.

Hazırda, Faktinfo.az saytının əldə etdiyi məlumata görə, saxta əlillik faizinin yüksək olmasına görə bölgələr arasında “liderlik” edən rayonlardan biri də Balakəndir. Əldə edilən məlumatlardan belə aydın olur ki, bu rayonda çox az sayda sağlam adam tapmaq olar ki,saxta əlillik vəsiqəsi daşımasın.

Sözügedən əlillik dərəcələrinin kimlər tərəfindən, necə və hansı şərtlərlə verilməsini isə rayonda bilməyən yoxdur.Sağlam şəxslər təkrar komissiyadan keçərkən “şirinlik”lə məsələni neçə belə illərdir yoluna qoymaqla "status "larını qoruya bilirlər.

Əldə etdiyimiz məlumatlara əsasən onu da deyə bilərik ki, əgər paytaxtdan Balakənə müvafiq komissiya göndərilərsə və bu komissiya obyektiv araşdırma aprılarsa, əlillik dərəcəsinə malik olanların azı 50 %-nin sənədlərinin saxta olduğu aydınlaşar.

AİA.Az



5194 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
16-12-2017
15-12-2017
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031