Yol polisi sürücülərə xəbərdarlıq etdi - Yağışa görə
Tarix: 22-11-2018, 11:42 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yol polisi sürücülərə xəbərdarlıq etdi - Yağışa görə



Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin ediməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

aia.az-ın məlumatına görə idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, belə hava şəraitində sürücülər ictimai nəqliyyatdan istifadəyə üstünlük verərək şəxsi avtomobillərindən az istifadə etməlidirlər.

V.Əsədov qeyd edib ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər: "Ümumiyyətlə sürücülər belə hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalıdırlar: "Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır”.

Rəisin sözlərinə görə, belə hava şəraitində dövlət nömrə nişanlarının çirklənməsi ehtimalı yaranır, bu da dövlət nömrə nişanlarının görünməməsinə səbəb olur: "Sürücülərin nəzərinə çatdıraraq bir daha bildiririk ki, hava şəraitindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, əks təqdirdə belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. "Yol hərəkəti haqında" qanunun 50-ci maddəsində deyilir ki, yol və meteroloji şərait nəzərə alınmaqla sürücü nəqliyyat vasitəsinin elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisədən hava şəraitinin pis olması bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırlar”.

aia.azшаблоны для dle 11.2



5140 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}