Kahramanmaraşda Xocalı soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı olacaq
Tarix: 8-02-2019, 15:48 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Kahramanmaraşda Xocalı soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı olacaq


"Nümayəndə heyətimizin Türkiyəyə işgüzar səfərinə hazırlıq gedir".

Bunu fevralın 12-də Kahramanmaraş şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılan Xocalı soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı və həmin tədbirdə iştirak etmək üçün Türkiyəyə yollanacaq nümayəndə heyətinin səfər hazırlıqları barədə məlumat verən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, "Sabitlik və İnkişaf" Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, hələlik səfər çərçivəsində görüləcək işlərdən, keçiriləcək görüşlərdən, müzakirə olunacaq məsələlərdən danışmaq tezdir: "Yalnız onu deyə bilərəm ki, Türkiyə səfəri ilə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və digər aidiyyəti qurumlara məlumat vermişik. Kahramanmaraş şəhərinə feralın 9-da yola düşəcəyik. Səfər çərçivəsində əvvəlcə vaxtilə Maraş adlanan bu şəhərin erməni işğalından azad edilməsinin 99 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyik. Bildiyiniz kimi, Birinci Dünya Müharibəsində məğlub olduğuna görə Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı 1920-ci ilin yanvar ayında maraşlıların başlayan döyüşü 1920-ci il fevral ayının 12-də işğalın ortadan qalxması ilə nəticələnir.

Tarixi mənbələrdə göstərilir ki, 1919-cu il noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün rəqs təşkil edilir. Komandirin rəqsə dəvət etdiyi erməni qızın "Sizinlə rəqs edə bilmərəm. Çünki özümü əsarətdə hiss edirəm. Qalada türk bayrağı dalğalandığı müddətdə sizinlə rəqs edə bilmərəm" deyərək fransız komandirin təklifini rədd edir. Bu hadisədən sonra qaladakı türk bayrağı endirilir. Fransızların şəhərin qalasındakı türk bayrağını endirməsi, günahsız insanları öldürməsi və həbs edilməsi narahatlığı daha da artırır. Ulu Məscid İmamı Rıdvanın "Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı qılınmaz!" deməsi əhalidəki fransızlara və erməni işğalçılarına qarşı olan nifrəti oyadır və üsyana çağırır. Qalaya hücum edən Maraş əhalisi fransız əsgərlərini məhv edərək türk bayrağını yenidən qaldırırlar. Bundan sonra şəhərin hər yanında qarşıdurmalar baş verir.

Tarixdə o da var ki, 1919-cu il hadisələrində erməni əsgərləri fransız uniformasını geyinib şəhərə girirlər. Küçədə hamamdan çıxıb gedən qadınların qarşısını kəsib "Bura artıq türklərin deyil, fransız məhəlləsidir, çadra ilə gəzmək olmaz, açın üzünüzü" deyirlər. Hamamın yaxınlığında kiçik bir dükanda süd satan və hadisələri kənardan izləyən Südçü İmam tapançasını götürüb özünü hadisə yerinə çatdırır və atəş açır. Bundan sonra maraşlılar ölüm-dirim mübarizəsinə qalxaraq fransızların və ermənilərin işğalına son qoyurlar. Beləliklə, fransızlar 1920-ci il fevral ayının 11-də şəhəri tərk edirlər.

Türkiyənin böyük bir universitetinin Kahramanmaraş Sütçü İmam Universiteti adını daşıması məhz maraşlıların Südçü İmama verdikləri ən böyük dəyərdir. 1973-cü ilin fevralında isə Türkiyənin Böyük Millət Məclisi azadlıq savaşındakı fədakarlıqlarına görə bu şəhərə rəsmi olaraq “kahraman” adı verir və o zamandan bu şəhər Kahramanmaraş adlandırılır".

Uzun illərdir Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsi və Kahramanmaraş Sütçü İmam Universiteti ilə çox sıx əməkdaşlıq əlaqələri saxladıqlarını deyən R.Məmmədov bu münasibətlərin genişlənməsinin ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, qardaşlaşmasına xidmət etdiyini vurğulayıb: "Məhz bu əməkdaşlığın nəticəsi olaraq Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev və İctimai Nəzarət Koalisiyasının sədri olaraq mənim birgə müraciətimizdən sonra Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsinin qərarı ilə 12 fevral 2019-cu ildə bu şəhərdə Xocal Soyqırımı parkının və "Ana Fəryadı" abidəsinin açılışı olacaq. Bildiyiniz kimi, ötən ilin oktyabrında qardaş Türkiyənin Kayseri şəhərində də Xocalı parkının və "Ana fəryadı" abidəsinin açılış mərasimi olmuşdur və həmin tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının rəhbər heyəti iştirak etmişdir. Azərbaycanın dövlət büdcəsindən vəsait xərcləmədən İNK ailəsinin çoxsaylı üzvlərinin imkanları hesabına Türkiyədə yaratdığımız Xocal soyqırımı parkı və "Ana fəryadı" abidəsi, hesab edirəm ki, həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək çərçivəsində Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunları dünyada qlobal beynəlxalq münasibətlər sistemində öz sözü, mövqeyi olan Azərbaycanın, Prezident cənab İlham Əliyevin, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xarici siyasət kursunun növbəti uğuru kimi qiymətləndirmək olar".

Xocal soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı ilə bağlı Kahramanmaraşda ciddi hazırlıq işlərinin görüldüyünü qeyd edən İNK sədri mütəmadi olaraq əlaqə saxladığını deyib: "Parkda görülən işlər barədə bizə ətraflı məlumat verilir. Demək olar ki, parkın ərazisində son tamamlama işləri aparılır. Hər zaman qardaş hesab etdiyi Azərbaycanın yanında olan Türkiyədə Xocal soyqırımı parkının və "Ana fəryadı" abidəsinin yaradılması ilə əlaqədar olaraq Prezident cənab Rəcəb Tayyib Ərdoğana, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoça, Türkiyə Böyük Millət Məclisinin AK Partiyasından millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma və bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".

R.Məmmədov sözügedən tədbirlə bağlı Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi barədə də açıqlama verib: "Türkiyənin və Azərbaycanın rəsmi nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçiriləcək açılış mərasimində DAMM-nin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev, DAMM-nin 1-ci vitse-prezidenti, İNK-nın sədri olaraq mən, İNK-nın sədr müavini, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın baş katibi, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Xalq artisti Ramiz Quliyev, Milli Qəhrəman şəhid Samir Xasıyevin anası Gözəl Xasıyeva və digər tanınmışlar iştirak edəcəklər.

Onu da qeyd edim ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulur. Kahramanmaraşdakı işlərimiz yekunlaşandan sonra Xalq artisti Ramiz Quliyevlə mənim Ankara səfərimiz də olacaq. Belə ki, görkəmli tarzən, professor Ramiz Quliyevin oğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, əməkdar artist Eyyub Quliyevin rəhbərliyi ilə Ankarada Simfonik Orkestrin açılış konserti olacaq. Biz Ramiz müəllimlə birlikdə Ankaraya gedib həmin konsertdə iştirak edəcəyik".

aia.azшаблоны для dle 11.2



553 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}