Mobil versiya
Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
Tarix: 16-01-2019 | Saat: 11:29
Bölmə:Ölkə | çapa göndər

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı


01 noyabr 2018-ci il tarixdə verilmiş elan üzrə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatıb.



Dövlət İmtahan Mərkəzindən aia.az-a verilən məlumata görə, elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini və Nazirliyin Aparatında şöbə müdiri vəzifələri olub.

Müsahibələrdə iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydiyyatdan keçmiş 119 namizəddən 38 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 65 namizəd lazımi keçid balını toplaya bilməyib, 6 namizəd müsahibədə iştirak etməyib, 10 namizəd isə müsahibədə iştirak etməkdən imtina edib. Maliyyə Nazirliyi üzrə qeydiyyatdan keçmiş 2 namizəd müsahibə nəticəsində uğur qazanmayıb.


Ümumilikdə, müsahibəyə çıxarılmış 93 vakant vəzifənin 1-i 3-cü təsnifata, 4-ü 4-cü təsnifata, 20-si isə 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 21-i 7-ci təsnifata aid olmaqla, 1-i AA, 15-i AB, 61-i AC, 9-u BA, 7-si isə BB vəzifə qrupuna aiddir.

Müvəffəqiyyət göstəricisi əsasən qadınlarda 25-30, kişilərdə isə 30-40 yaş aralığında müşahidə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024