Mobil versiya
İdman müxbirliyindən televiziya rəhbərliyinə - AzTV kimə tapşırıldı?
Tarix: 15-01-2019 | Saat: 17:38
Bölmə:Gündəm | çapa göndər

İdman müxbirliyindən televiziya rəhbərliyinə - AzTV kimə tapşırıldı?


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. AzTV sədrliyi hələlik tanınmış televiziya aparıcısı Rövşən Raqifoğluna həvalə edilib.

Bəs Rövşən Raqifoğlu kimdir?

BakuPost xəbər verir ki, Məmmədov Rövşən Raqif oğlu 1979-cu ildə Ağstafada anadan olub.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

O, uzun illər Lider Televiziyasında çalışıb. İdman müxbiri kimi fəaliyyətə başlayan jurnalist, sonradan idman şərhçisi kimi çalışıb. Daha sonra İdman redaksiyasının rəhbəri olub.

O, fəaliyyəti dövründə bir neçə universitetdə Jurnalistika fakültəsində dərs deyib. Bir neçə dərsliyin müəllifidir.

R. Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də "Günün nəbzi” verilişini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024