Mətbuat Şurası jurnalistlə bağlı Baş Prokurorluğa və səfirliyə müraciət etdi
Tarix: 5-12-2018, 17:16 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Mətbuat Şurası jurnalistlə bağlı Baş Prokurorluğa və səfirliyə müraciət etdi


Azərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin Şuraya məktubu ilə bağlı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova və Ukraynanın Azərbaycandakı Səfirliyinə məktub göndərib.



Modern.az-ın xəbərinə görə, məktubda bildirilir ki, sözügedən agentliyin əməkdaşı Mübariz Aslanov 2018-ci il noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər tərəfindən izlənilib, silahlı hədəyə məruz qalıb, jurnalistin fotosu çəkilib. İnformasiya agentliyinin əməkdaşı bununla bağlı Ukrayna polisinin “102” xidmətinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı Səfirliyində olan nümayəndəsinə rəsmi məlumat verib.



Müraciətdə jurnalist M.Aslanovun növbəti günlərdə də izlənildiyi, naməlum şəxs tərəfindən şəklinin çəkildiyi bildirilib. Sənəddə qeyd olunanlarla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər Peçerskiy Rayon Polisinə müraciət olunduğu, Polis tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 129-cu (ölümlə hədələnmə) maddəsi ilə cinayət işinin başlanıldığı vurğulanıb.



Hazırda həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyinin xatırladıldığı müraciətdə həmçinin “Report” İnformasiya Agentliyinin əməkdaşı M.Aslanovun uzun müddətdir Ukraynada bu ölkənin ictimai-siyasi həyatı və Azərbaycan diasporu barədə diqqət çəkən materiallarla çıxış etdiyi, indiyədək belə xoşagəlməz halla üzləşmədiyi bildirilib.



Müraciətdə eyni zamanda həm Azərbaycan Respublikasının Baş Prokurorluğunun, həm də Urkaynanın Azərbaycandakı Səfirliyinin məsələyə həssas yanaşacağına, jurnalistlə bağlı yaranmış durumu nəzarətə götürəcəyinə, müvafiq tədbirlərin görülməsinə yaxından köməklik göstərəcəyinə əminlik ifadə olunub.

aia.azшаблоны для dle 11.2



527 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}