Fərman Salmanovun oğlu DANIŞDI: “Atamın adına çox sevincliyəm!”
Tarix: 5-12-2018, 16:00 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Rusiyanın Surqut şəhər aeroportuna məşhur azərbaycanlı neftçi-geoloq Fərman Salmanovun adı verilib. Modern.az saytı bu əlamətdar hadisə ilə bağlı mərhum geoloqun oğlu İlya Salmanovdan qısa açıqlama alıb.
“Hər bir övlad öz atasına görə sevindiyi kimi, mən də atamın adına çox sevincliyəm. Atam 11 il əvvəl dünyasını dəyişsə də, onu Rusiyada unutmayıblar. Bu çox xoşdur”,-deyə İlya Salmanov vurğulayıb.
O, azərbaycanlılara səsvermədə aktiv iştirakına görə də təşəkkür edib:
“Azərbaycanlılara, səsvermədə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Mən Bakıda 3 dəfə olmuşam. Orada toyda, yasda və s. bu kimi vacib məsələlərə görə olmuşam. İndi işim çoxdur, heç yerə getmirəm. Övladlarıma, nəvələrimə Azərbaycan barədə də çox danışıram”.
İlya Fərman oğlu Salmanov hazırda Nijnevartovsk şəhər 3 nömrəli xəstəxanasının baş həkimi və Rusiyanın əməkdar həkimidir.
aia.az
590 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

16-12-2017, 10:59
“Qüdsü itirsək, Mədinə də gedəcək” - Ərdoğan
22-08-2017, 15:12
İlham Əliyev onu bu quruma sədr təyin etdi
20-11-2018, 12:00
Bakı metrosundakı soyğunçular tutuldu
13-01-2016, 11:28
Azərbaycanda benzin və dizelin ucuzlaşdırılması ilə bağlı təklif
18-08-2017, 11:32
Deputatın bacısı qəzaya düşdü
16-02-2019
15-02-2019
14-02-2019
{sape_links}{sape_article}