Zabit Səmədov rəqibindən DANIŞDI: “Əlləri güclüdür”
Tarix: 24-11-2018, 14:37 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Zabit Səmədov rəqibindən DANIŞDI: “Əlləri güclüdür”


Xəbər verdiyimiz kimi, dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov “Axmat” Döyüş Şousunda rusiyalı idmançı Yevgeni Orlovla döyüşəcək.



Modern.az-ın məlumatına görə, oxu.az bu barədə tanınmış idmançımızın fikirlərini öyrənib. Səmədov rəqibinin üstün cəhətini açıqlayıb:



“Rəqibim əvvəl Kikboksinqin K-1 versiyası üzrə döyüşüb. İndi boksla məşğuldur. Amma bu döyüş K-1 versiyası üzrə keçiriləcək. Boksçu olduğundan, əlləri daha güclüdür. Mən isə ona ayaqlarımla zərbələr vurmağa, onu yorub məğlub etməyə çalışacağam”.



“Mauqli” ləqəbli idmançımız onu da bildirib ki, döyüşlərin keçiriləcəyi “Minsk-Arena”da özünü qonaq kimi hiss etməyəcək:



“Gürcüstandan köçdükdən sonra 23 il Minskdə yaşamışam. Ona görə də qonaq kimi yox, ev sahibi kimi meydana çıxacağam. Yeri gəlmişkən, döyüşü izləməyə çıxış etdiyim “Axmat” klubunun və Çeçenistanın prezidenti Ramzan Kadırovun da gəlməyi gözlənilir”.



Qeyd edək ki, kikboks üzrə ikiqat Rusiya çempionu olmuş 40 yaşlı Yevgeni Orlov 2,06 sm boya və 140 kq çəkiyə malikdir. Müqayisə üçün bildirək ki, 34 yaşlı Zabit Səmədovun 1,83 metr boyu və 98 kq çəkisi var.



aia.azшаблоны для dle 11.2



556 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}