Mobil versiya
Bakı-Sumqayıt qatarını daşlayan 18 yaşlı qız tutuldu
Tarix: 04-05-2016 | Saat: 12:23
Bölmə:Cəmiyyət | çapa göndər



Bakı-Sumqayıt qatarlarına təhlükə yaradanlar saxlanılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib.

Amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız özlərinin normalara sığmayan davranışı ilə sərnişinlərin və elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

Ötən gün saat 18.15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində olarkən iki nəfər tərəfindən daşlanarkən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Bakı-yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri – 22. 04. 1999-cu il təvəllüdlü Elnur Fazil oğlu Baxşıyev və 01.01. 1998-ci il təvəllüdlü Lalə Şair qızı Ağayevadır.

Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunmuş, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf etmişlər. Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxılıb.

Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib. Bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024