Gömrükçülər Türkiyəyə 105 kq heroin keçirmək istəyən şəxsi saxladı - FOTO
Tarix: 7-11-2018, 11:41 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Gömrükçülər Türkiyəyə 105 kq heroin keçirmək istəyən şəxsi saxladı - FOTO


Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.



Modern.az xəbər verir ki, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.


Belə ki, Naxçıvan Muxtar Respublikasına gələn 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı Renault markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.


Gömrükçülər tərəfindən 79 AA 509 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Naxçıvan üzərindən Türkiyəyə keçirməklə İstanbul şəhərinə aparacağını deyib.


Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.



aia.azшаблоны для dle 11.2



5184 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}