Mobil versiya
Bir sıra qanunlarda dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacaq
Tarix: 19-10-2018 | Saat: 14:32
Bölmə:Gündəm | çapa göndər

Bir sıra qanunlarda dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacaq


Oktyabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclası açan komitə sədri Arif Rəhimzadə əvvəlcə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. Qeyd edib ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Qanunun tələblərinə uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir.

Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydası və bununla bağlı ödənişlərin miqdarı” müəyyən edilib. Komitə sədri bildirib ki, qanunda edilən dəyişikliklər özündə bu məsələləri ehtiva edir.

Sonra komitə üzvləri “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanun layihələrində edilən dəyişiklikləri üçüncü oxunuşda müzakirə ediblər. Bildirilib ki, hər iki sənəddə edilən dəyişikliklər qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələri müəyyən edir. Belə ki, bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədilə zəruri xərclərin tutulmasını təsbit edir.

Millət vəkilləri Rüstəm Xəlilov, Tahir Rzayev, Fəzail İbrahimli, Kamran Bayramov, Azər Badamov, Malik Həsənov, Cavid Osmanov, dəvət olunmuş yerli özünüidarəetmə sahəsinin mütəxəssisləri sənədlərdə edilən dəyişikliklərin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacağından söz açıblar.

Müzakirələrdən sonra hər 3 sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024