Mobil versiya
“Yol polisi olmasa, taksi sürücüləri yolları iflic edər”
Tarix: 19-10-2017 | Saat: 15:53
Bölmə:Gündəm / Manşet | çapa göndər

“Yol polisi olmasa, taksi sürücüləri yolları iflic edər”

“Taksilərin avtobus dayanacaqlarında saxlanması ilə bağlı ciddi tədbirlər görülür. Əgər yol polisi ərazilərdə fəaliyyət göstərməsə qanunsuz taksi fəaliyyəti ilə bağlı məşğul olan sürücülər yolları iflic vəziyyətə salar”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, polis əməkdaşlarının müntəzəm olaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə mübarizə aparmasına baxmayaraq onlar yenə də qaydaları pozmağa cəhd edir.

“Dayanma-durma qaydalarının pozulmasına görə, əməkdaşlarımız gündəlik fəaliyyət göstərir. Bu məsələdə müsbət nəticələr də əldə olunub. Əgər yol polis əməkdaşları ərazilərdə fəaliyyət göstərməsə bəzi taksi sürücüləri qaydaları pozaraq öz istədikləri yerlərdə avtomobillərini istədikləri yerdə saxlayacaqlar. Bəzi taksi sürücüləri var ki, ay ərzində dayanma-durma qaydalarını pozduqlarına görə onlara 3-4 dəfə protokol tərtib edilib. Amma təəssüflə qeyd etmək lazımdır ki, onlar qaydaları pozmağa davam edir.

Hər bir sürücü yol hərəkətində şəxsi mənafeyini ictimai mənafedən üstün tutmamalıdır. Yəni ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq tələblərə düzgün riayət edilməlidir ki, başqaları da əziyyət çəkməsin”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024