Mobil versiya
Qanunvericiliyə hərbi xidmətlə bağlı dəyişiklik edilir – YENİ BƏNDLƏR
Tarix: 14-10-2017 | Saat: 14:15
Bölmə:Gündəm / Manşet | çapa göndər

Qanunvericiliyə hərbi xidmətlə bağlı dəyişiklik edilir – YENİ BƏNDLƏR


Müddətli həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına hərbi xidmət üzrə məhdudlaşdırma cəzası verilməyəcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.

Məcəllənin 50.1-ci bəndinə edilən dəyişikliyə görə, Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

50.2-ci maddəyə edilən dəyişikliyə görə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

Həmçinin Məcəlləyə yeni 50.4-cü maddəsi əlavə edilir. Yeni bəndə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024