Quduzluq haqda dəhşətli faktlar - Nə etmək lazımdır?
Tarix: 18-08-2017, 11:39 | Saat: 15:47:00
Bölmə:Gündəm, Səhiyyə, Karusel | çapa göndər

Quduzluq haqda dəhşətli faktlar - Nə etmək lazımdır?








İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib. Quduzluq xəstəliyinə tutulan həmin azyaşlı dünən vəfat edib.

Aia.az xəbər verir ki, doktor Arif Nuri quduzluq xəstəliyinin xüsusiyyəti və müalicəsi haqda məlumat verib.

“Quduzluq nədir? Necə ötürülür? Necə inkişaf edir? Nə etməli?” sualına cavab verən A. Nuri bildirib ki, quduzluq ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin əlamətləri olmur.

Bu xəstəliyin profilaktikasında əsas məsələ heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir. Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur.



Xəstəliyin mənbəyi, əsas keçiriciləri: tülkülər (virusun təbiətdə əsas rezervuarı tülkülər hesab olunur), çaqqallar, canavarlar, itlər, pişiklər, porsuqlar, yenotlar və yarasalardır.

Quduzluq xəstəliyinin törədicisi Neuroiyctes rabid adlanan virusdur.

Arif Nuri bildirib ki, quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.

Virus insan orqanizminə 2 yolla düşə bilər:

1 - quduz heyvanın dişləməsi nəticəsində;

2 - xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində!

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.

İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərtkəzi sinir sistemini yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur.



Xəstəliyin insanda da inkişafının 3 mərhələsi var:

1- ci mərhələ - depressiya mərhələsidir

2- ci mərhələ psixomotor oyanma, qıcıqlanma mərhələsidir.

3- cü mərhələ - paralic, koma mərhələsidir. 3- cü mərhələ ölümlə nəticələnir.

Xəstəlik inkişaf etməyə başlayanda ilk öncə yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. Xəstəliyin ikinci mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə can atırlar, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür.

Xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər.

Heyvan dişləyən zaman nə etməli?

İlk olaraq, təcili yaranı çoxlu miqdarda su ilə, sabunla yumaq, yaranı sıxıb qan çıxartmaq lazımdır. Yaranı yuyarkən 70%- li spirtdən istifadə etmək tövsiyə olunur. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib, quduzluq əleyhinə vaksin vurulmalı, sxem üzrə vaksinin vurulması sonrakı günlərdə də davam etdirilməlidir.

aia.az



578 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930