Mobil versiya
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək
Tarix: 25-01-2017, 19:22 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək




Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

aia.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, sənayeləşmənin prioritet istiqamətləri üzrə özəl investisiya fəaliyyətinin təşviqi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı üç ay müddətində tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.



5412 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18-02-2017, 22:25 Real Madrid Espanyol



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
20-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031