Mobil versiya
Kənd yerlərində yaşayan gənc ailələrə ŞAD XƏBƏR
Tarix: 16-12-2016 | Saat: 19:01
Bölmə:Aia TV | çapa göndər

Kənd yerlərində yaşayan gənc ailələrə ŞAD XƏBƏR






2020-ci ilədək Azərbaycanın kənd yerlərində yeni ailə qurmuş gənclərin mənzillə təminatı yaxşılaşdırılacaq.

Aia.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılması, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılması üçün tədbirlər həyata keçiriləcək.

Yol xəritəsində bildirilir ki, dövlətin sosial ipoteka siyasətindən kənd yerlərində yaşayan gənc ailələrin daha çox faydalanması üçün tədbirlər görüləcək. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan gənc ailələrin mənzil probleminin həllinə xüsusi yanaşma tətbiq olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024