Mobil versiya
Bruce Lee müdrikliyini göstərən 12 düşündürücü sitat
Tarix: 16-08-2016 | Saat: 13:33
Bölmə:Media | çapa göndər



Bruce Lee təkcə döyüş ustası deyildi, həm də milyonlarla insanın sevdiyi aktyor və çox müdrik bir şəxsiyyət idi. Onun qısa həyatı və bu həyat yolu ərzində əldə etdiyi nailiyyətlər hər zaman bir çoxları üçün motivasiya mənbəyi olmuş, müdrikliyi bir çox insanların düşüncələrinə təsir etmişdi. Gülərüz, sadə və səmimi olan bu insan məhz bu keyfiyyətləriylə də hər kəsin sevimlisinə çevrilmişdi.

Pahoo sizə bu gün Bruce Lee müdrikliyini göstərən 12 sitat təqdim edir. Oxuyun və bəyəndiyiniz düşüncələri həyatınıza da tətbiq edin.

1. Əgər sizi tənqid edirlərsə, deməli siz hər şeyi düzgün edirsiniz. Çünki, insanlar beyni olan hər kəsə hücum etməyi sevir.

2. Su kimi hərəkət et. Şüşə kimi donub dayanmağı öyrən. Əks-səda kimi cavab ver.

3. Əsl dostlar almaz kimidir – çox qiymətlidirlər və sayları çox azdır. Yalançı dostlar isə payız yarpaqları kimidir – onlar hər yerdədirlər.

4. Həqiqətin yolu yoxdur. Həqiqət yaşayır, deməli o həm də dəyişkəndir.

5. Nə qədər yavaş hərəkət etməyinin əhəmiyyəti yoxdur, əsas odur ki, yerində dayanmırsan.

6. Əgər sizin səhvinizi etiraf etmək cəsarətiniz varsa, bu səhvlərə görə sizi hər zaman bağışlamaq mümkündür.

7. Yumşaq ol, itaətkar deyil. Möhkəm ol, qəddar deyil.

8. Bütün böyük ustadları bir otaqda toplayın və onlar dünyadakı hər şey barəsində razılığa gələcəklər. Onların şagirdlərini bir otağa yığın və onlar dünyadakı hər şey barəsində mübahisə edəcəklər.

9. Nəsnələrə nə qədər çox qiymət veririksə, özümüzə bir o qədər az dəyər veririk.

10. Biliklər kifayət deyil, sən onları həm də tətbiq etməlisən. Arzulamaq kifayət deyil, həm də hərəkət etməlisən.

11. Düşünmə, hiss et! Bu Aya barmaqla işarə etmək kimidir. Diqqətini barmağına cəmləndirsən, möhtəşəm gözəlliyi gözdən qaçıracaqsan.

12. Həyatımızdakı günlər arzularla dolmayıbsa, həyat da bir göz qırpımı qədər ani olur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024