Mobil versiya
SON DƏQİQƏ!Qaz balonu partladı, bazarda yanğın - Video
Tarix: 4-08-2016, 13:20 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

SON DƏQİQƏ!Qaz balonu partladı, bazarda yanğın - Video



Bu dəqiqələrdə Lənkəran Böyük Bazarında güclü yanğın başlayıb.

"Qafqazinfo"ya hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.

***

Hazırda FHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir.

***

Hadisə şahidlərinin məlumatına görə, səhər saatlarından başlayan yanğın artıq söndürülüb.

***

Lənkəran Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş verib: " Ətrafda olan bir neçə mağazaya da ziyan dəyib. Yanğın zamanı xəsarət alan və dünyasını dəyişən yoxdur".

***

FHN-in yaydığı məlumata görə, Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub.




5496 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930